Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

“XƏZAN” jurnalının DEKABR (2019) sayı çapdan çıxdı

Tarix: 18-12-2019 20:05     Baxış: 2864 A- / A+
“XƏZAN” jurnalının DEKABR (2019) sayı çapdan çıxdı

“XƏZAN” jurnalının dekabr (2019) sayı çapdan çıxıb.

Manevr.az xəbər verir ki,150 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Redaktor guşəsində yerləşdirilmiş “Bir RAFİQ BABAYEV vardı” məqaləsində Ordubad ədəbi mühitində böyüyüb boy atmış, yazıb yaradaraq onu tanıyanların yaddaşlarında dərin iz buraxmış mərhumun xoş xatirələrindən bəzi detallara nəzər salınmışdır.
Nəsr bölməsində yazıçı Şiringül Musayevanın “Nəsimi ili” münasibətilə qələmə aldığı “Mən Nəsimiyəm” romanı, Əli bəy Azərinin “Oğul” povesti, Rəşid Bərgüşadlının, Meyxoş Abdullahın, Camal Zeynaloğlunun, Ramiz İsmayılın, Əlif Məhərrəmlinin bir-birindən maraqlı hekayələri yer almışdır. Qeyd edək ki, Əli bəy Azərinin povesti “Oqyol” adı altında Rusiyanın paytaxtı Moskva şəhərində nəşr olunan “Rusiya ədəbiyyatı” jurnalının oktyabr (2019) nömrəsində çap edilmişdir.
Poeziya həvəskarları Məzahir İsgəndər, Oqtay İsmayıllı, Budaq Təhməz, İbrahim Yusifoğlu, Sevinc Qərib, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Süleyman Abdulla, Leylam Leylam, Bəxtiyar Abbas İntizar, Rəhman Bayram, Xaliq Yusifoğlu, Lalə İsmayıl, Xatirə Rəhimbəyli, Gülər Eldarqızı, Cavanşir Qəmbər, Qabil Dərdli, Ələsgər Talıboğlu, Esmira Günəşin yeni şeirləri ilə tanış ola bilərlər.
Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “İllərin poetik yaddaşı, yaxud uğurlu ədəbi hesabat” məqaləsi şair İbrahim Yusifoğlunun 65 yaşının tamam olması münasibətilə qələmə alınıb və şairin yaradıcılığına həsr edilib.
Pedaqoji elmlər doktoru Həsən Bayramovun “Firudin bəy Köçərli: Ümmətdən millətə doğru” məqaləsində millətin tərəqqisinə işıq salan mühüm məqamlardan bəhs olunur.
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyevanın “İsmayilli torpağinin sadə, səmimi oğlu – Dağlaroğlu, elin şair oğlu” məqaləsində (əvvəli jurnalın ötən saylarında dərc olunmuş məqaləni monoqrafiya da adlandırmaq olar) İsmayıllı rayonunda yazıb-yaradan şair Şahməmməd Dağlaroğlunun yaradıcılığı təhlil olunur.
Rəna Mirzəliyevanın “Talehini yazan şair” başlıqlı digər bir yazısı şair Xaliq Yusifoğlunun yaradıcılığı barədədir.
Pedaqogika üzrə fəlsəfə doktoru Sara Bayramovanın “Yüz yaşın mübarək, doğma kollec” məqaləsində hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecin tarixinə nəzər salınmışdır.
AMEA Naxçıvan bölməsi Elm kitabxananın direktoru Sahab Əliyeva “Hüseyn Razi yaradıcılığında Cənubi Azərbaycan” məqaləsində Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri olan Hüseyn Razi yaradıcılığında Cənubi Azərbaycan mövzusunun incəliklərindən bəhs etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələsgər Talıboğlunun “Fikrin aynası – Nazir Çərkəzoğlunun publisistikası fövqündə” məqaləsi qələm silahdaşının yeni çapdan çıxmış eyniadlı kitabında toplanan publisistikası haqqındadır.
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun “Aşina və Azərbaycan” məqaləsində milli təkamül baxımından olduqca aktual mövzuya toxunulub.
Kənd təsərrüfatı elmləri namizədi, aqrar elmləri üzrə fəlsəfə doktoru Şamxal Hüseynov xalq folkloru kimi topladığı materialları “Ocaqqulunun məzhəkələri” adı altında təqdim edir.

Beləliklə, “Xəzan” jurnalının dekabr nömrəsini də ədəbi proseslərin inkişafı istiqamətində atılmış növbəti uğurlu addımlardan biri hesab etmək mümkündür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar