Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yaqub Mahmudovdan başqa daha hansı alimlər “Oksford”un tələsinə düşüb? (SİYAHI)

Tarix: 18-12-2019 18:17     Baxış: 3247 A- / A+
Yaqub Mahmudovdan başqa daha hansı alimlər “Oksford”un tələsinə düşüb? (SİYAHI)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutunun direktoru Yaqub Mahmudovla yanaşı daha bir neçə alimimiz Oksford Akademik Birliyinin tələsinə düşüb.

Manevr.az xəbər verir ki, bu barədə araşdırmaçı blogger Cavid Ağa bildirib.

Oxucuların diqqətinə çatdıraq ki, Yaqub Mahmudov "Oksford” Akademik Birliyinin fəxri professoru adına layiq görülüb. Bu, onun bioqrafiyasında da qeyd edilib.

Cavid Ağanın apardığı araşdırma nəticəsində isə bəlli olub ki, təsisçiləri Antov Savvov və oğlu İvan Savvov olan "Oksford” Akademik Birliyinin məşhur "Oksford” universitetinə və akademik cəmiyyətə aidiyyatı yoxdur. Birlik sadəcə "Oksford” universitetinin adından istifadə edərək pulla müxtəlif titul və fəxri adlar satır. Titul və fəxri adların qiyməti isə 3000 funtdan (6800 AZN) başlayaraq 9000 funtacan (20 min 500 AZN) artır.

Yaqub Mahmudov bu iddialara cavab versə də, sonradan saytlardan silinib.

Cavid Ağa isə araşdırmalarını davam etdirib. Məlum olub ki, Yaqub Mahmudovdan başqa AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmlər doktoru, professor Cəmilə Qurbanova, Azərbaycan Tibb Universitetinin rektoru Akif Süleymanov, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların eroziyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Adil Qəribov və AMEA-nın vitse prezidenti İsa Həbibbəyli də "Oksford” Akademik Birliyindən fəxri ad alıb.

Azərbaycan Dövlət Aqrar Universiteti isə adıçəkilən qurumdan özü üçün Avropanın "Ən yaxşı universiteti” adını alıb.yenisabah


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar