Xəbər lenti
Sumqayıt Dövlət Dram teatrı 48-ci mövsümün ilk premyerasını keçirib -FOTOLAR
Manevr.az xəbər verir ki, Sumqayıt Dövlət Dram teatrı 48-ci mövsümün ilk premyerasını keçirdi. Tanınmış rejissor Rövşən Almuradlının yozumunda “Oğru” əsəri qüsursuz aktyor oyunu ilə tamaşaçıların, media numayəndələrinin diqqətini çəkə bildi . Komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dillemması müzakirəyə qoyulur, nəyin həqiqət, nəyinsə yalan olduğuna cavab axtarılır. Tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov, aktyorlar İlahə Səfərova, Vəfa Qurbanova, Şəmistan Süleymanlı və Elmir Mehdiyev canlandırır.
Qeyd edək ki, yaxın günlərdə teatrın baş rejissoru əməkdar artist, avanqard traktovkaları ilə heyrətlədirməyi bacaran Firudin Məhərrəmovun quruluş verdiyi “Qan qardaşları” tamaşası öz maraqlı səhnə həlli ilə tamaşaçıların ixtiyarına veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar