Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakini: "Çox təəssüf ki, Mübariz müəllimi görə bilmədim" - VİDEO

Tarix: 18-12-2019 11:39     Baxış: 3374 A- / A+
Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakini: "Çox təəssüf ki, Mübariz müəllimi görə bilmədim" - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun müalicə üçün İstanbula apardığı Ağdaş sakini Ramin Məmmədov artıq Azərbaycana qayıdıb.

Manevr.az xəbər verər ki, yeniavaz.com-a açıqlama verən R.Məmmədov ona diqqət və qayğı göstərən, müalicəsi üçün əlindən gələni edən "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova xüsusi təşəkkür edib:
"Mənə kömək edən bütün insanlar sağ olsun. Mübariz müəllimə ayrıca təşəkkür etmək istəyirəm. O məni çağırtdırdı Türkiyəyə, mənə dəstək oldu müalicə xərclərimi öz üzərinə götürdü. Mən həmişə deyirəm, elə bil o məni məzardan çıxartdı. Allah ondan razı olsun! Ancaq çox təəssüf ki, mən Mübariz müəllimi görə bilmədim. Ən azından özünə təşəkkür edə bilmədim".
Ramin Məmmədov hal-hazırda ən böyük probleminin işsizlik olduğunu bildirib: "Düzdür üzümdə şiş var o da çəkilib gedəcək. Ancaq ən böyük problemim işsizlikdi. Məndən başqa evə çörək gətirən yoxdur. Mənə uyğun iş olsa, işləyib ailəmi saxlayaram".
Qeyd edək ki, Ramin Məmmədov 2018-ci ildə Yeniavaz.com-a müraciət edərək həkimin səhv əməliyyatından sonra üzündə şiş yarandığını bildirmişdi. Bu müraciətdən sonra Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov R.Məmmədovun müalicə xərclərini öz üzərinə götürmüşdü.
İşlə bağlı kömək etmək istəyənlər 050 433 21 23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar