Xəbər lenti
Afət Viləşsoy:"Ölmək sonuncu şəkli çəkdirməkdi..."- Yeni şeir

Xatirələrin qucaq-qucaq sevgisində çiçəklənməkdi ölmək.
Manevr.az Afət Viləşsoyun yeni şeirini təqdim edir:
Ölmək sonuncu şəkli çəkdirməkdi-
Necə ölsən, görənlərin yaddaşında elə qalarsan.
Təbəssümlə ölmək gərək,
Ən xoşbəxt ana kimi,
Ən xoşbəxt övlad kimi,
Ən xoşbəxt insan kimi.
Son gülümsəmə-son mimika,
Son dəfə güzgülənməkçündü
Ağıza söykənən son güzgü.
Son gəlinlikdi son bəyaz.
Tanrıyla üzləşməkdi-
Günahların, savablarınla qolboyun olmaqdı
Ölmək sonuncu şəkli çəkdirməkdi-
Xatirələrin qucaq-qucaq sevgisində çiçəklənməkdi ölmək.
Yaşayırsa səndən sonra övladın,
Yaşayırsa yaddaşlarda əməlin
Və xatırlanırsansa ən gözəl
təbəssüm edən QADIN kimi-
Hər şeyin sonu olan ölüm özü son deyil...
Afət Viləşsoy
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar