Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünya şöhrətli alimimizə həsr olunmuş “Su kimi sakit və güclü” kitabı çapdan çıxdı

Tarix: 18-12-2019 09:52     Baxış: 2476 A- / A+
Dünya şöhrətli alimimizə həsr olunmuş “Su kimi sakit və güclü” kitabı çapdan çıxdı

Rafiq Əliyevi dinləmək sevincdir.
Rafiq Əliyev haqqında yazmaq məsuliyyətdir.
Rafiq Əliyev haqqından kitab tərtib etmək həm məsuliyyətdir, həm də xoşbəxtlikdir.
Rafiq Əliyev haqqında hazırladığım “Su kimi sakit və güclü” kitabı, nəhayət, çap olundu!


* * *
Rafiq Əliyevi başa düşmək, anlamaq üçün yaşadığımız dövr kifayət eləmir. Bu təkcə onun alimliyi ilə bağlı deyil, bu həm də onun baxışına, yanaşmasına, dünya görüşünə görədir. Onun kimi baxmaq, yanaşmaq üçün ya gərək o zamana gedib çatasan, ya da onun kimi düşünə biləsən. Rafiq Əliyevin ucalığı da elə bundadır. O, tanıyanların qəbul etdiyi, hamının görmək və yanında olmaq istədiyi insandır.
Dünyanın elm nəhənglərinin onun haqqında fikirlərini oxuduqca qürur duyursan. Nəinki tərifi, etdiklərini dilə gətirməyə imkan verməyən, bu qədər naliyyətləri ilə “Mən nə etmişəm ki?” deyən, böyüklüyü sadəlikdə görən bu səmimi, mehriban insana baxıb insanlığına pərəstiş etməyə bilmirsən.

“Su kimi sakit və güclü” kitabı oxucunun dünya görüşünün formalaşması, zənginləşməsi, mənəvi qidalanması baxımından mühüm rol oynayacaq. Ona həyatda fərqli yanaşmaq üçün yol göstərəcək, baxış bucağını dəyişəcək, bütövlüyə, tamlığa stimul, güc və inam verəcək. Elmilik, həyatilik, qeyri-səlis məntiqdən doğan daha düzgün yanaşma oxucunun düşüncə tərzində yeni çalarların yaranmasında yardımçı olacaq.

Lütfi Zadənin zəkasına, insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm də yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qaldığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş olaraq vətəndaşlığa, yoldaşlığa şərəf gətirir.
Dünya alimlərinin, Azərbaycanın seçilmişlərinin onun haqqında fikir və münasibətləri, özü-nün müxtəlif səpkili yazı və müsahibələri, kövrək ehtirafları ilə zəngin olan bu kitab vətəndaş, alim, ziyalı, ictimaiyyət adamı olan Rafiq Əliyevin fikir və düşüncələrini öyrənmək, onunla tanış olmaq istəyənlər üçün bir mənbə, vasitə, körpü olacağı düşüncəsindəyəm.

Rafiq müəllimə tez-tez “Amerikada, Avropada yaşasaydınız daha çox şeylər qazanardınız”, – deyirlər. Bu həqiqətdir. İndi isə daha çox qazanan canınızdan çox sevdiyiniz, ayrılmaq istəmədiyiniz, şərəf gətirdiyiniz, bəxti gətirən Azərbaycan oldu, Rafiq müəllim.
“Mənəvi meyarları ranqlaşdırmış olsaydım, birinci yerdə namus və ədaləti qoyardım” –deyərək, həqiqi elmi onlarsız təsəvvür etməyən Rafiq Əliyevdə mənəviyyat, insanlıq, elmilik o qədər sıx və bütöv ki, onları biri-birindən ayırmaqda, hansı birinəsə üstünlük verməkdə tərəddüd edirsən.
Rafiq Əliyev Azərbaycandan kənarda çap olunmuş kitab və indeksli jurnallarda, aldığı adlarda müəllif adının yanında Azərbaycanın adını görəndə, Azərbaycan insanının uğurunu eşidəndə qürur hissi keçirir. Onun ən ümdə istəyi elmi uğurlarının zirvəsini və doğma Qarabağda – elində, yurdunda qalan sevincini təzədən yaşamaqdır.
Böyük Alimi, Böyük İnsanı, Azərbaycan sevdalı Vətəndaşı hamının sevimlisi edən də elə budur.
“Su kimi güzlü və sakit” kitabı Rafiq Əliyevin ömür yoludur. Ömür yoluna sözlə səyahətdir. Çətinlikləri gizli saxlanılan, uğurlarının parıltısı bərq vuran, həyatı elmsiz təsəvvür olunmayan insanın zirvəyə uzanan elm yoludur.
Böyük insanlar haqqında kitab yazmaq, hazırlamaq çox çətindir. O ki, qaldı Rafiq Əliyev haqqında ola...

Söz deyiləndi.
Yazı oxunandı.
Kitab isə bizdən sonra da qalandı...


Rəfail Tağızadə
Kitabdakı “Ön söz” dən


P.S Kitabı tərtib edən və redaktoru şair Rəfail Tağızadədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar