Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Nəinki Anar, Yazıçılar Birliyində istefa ərizəsini yazmalı çoxları var..." -Prezident təqaüdçüsü

Tarix: 14-12-2019 17:20     Baxış: 2329 A- / A+
"Nəinki Anar, Yazıçılar Birliyində istefa ərizəsini yazmalı çoxları var...""AYB sədri Anar haçan idarəçilik prinsipində gənclər siyasətinin tərəfində olub ki, indi də ola?! Anarın gəncləşmə siyasətindən danışmağa haqqı belə yoxdu. Danışıb nə deyəcək? Rəhbəri olduğu qurumda 55 yaşlı Rəşad Məcidin gənclərin təmsilçisi olmasından söz açacaq, yoxsa müşaviri Elçin Hüseynbəyli kimi 50 yaşlı Qulu Ağsəsi gəncliyin nümayəndəsi kimi göstərəcək?!".

Manevr.az bildirir ki, bunu mia.az-a Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu deyib.

AYB sədriliyinə namizədliyini verəcəyini açıqlayan Emil Rasimoğlunun fikrincə, Yazıçılar Birliyinin hazırkı durumuna gəldikdə, bu gün Anar kadr islahatları aparmamalıdır: "Onun islahat aparmaq zamanı çoxdan keçib. İndi o, birbaşa olaraq qurultay çağırıb, özü istefa ərizəsini yazmalıdır. Hələ tək siz Anardan söz açdınız deyə mən onun istefasından danışdım. Yoxsa nəinki Anar, Yazıçılar Birliyində istefa ərizəsini yazmalı çoxları var.

Anarın istefa ərizəsini yazmamağının səbəbi isə ölkədə aparılan gənclər siyasətini görməzdən gəlməsidi, dəstəkləməməsidir. Bir də ki, bir söz deyim. Çox qəribədi. Sənin 80-dən yuxarı yaşın ola və özün tutduğun postu təhvil verməyəsən, amma yaşlıların vəzifədən getməsinin tərəfində olasan. Bu sadəcə qeyri-səmimilikdi!".

Emil Rasimoğlu hesab edir ki, Fikrət Qoca, Çingiz Abdullayev, Rəşad Məcid, Intiqam Qasımzadə və.s. bu kimi şəxslər də istefa ərizəsini yazmalıdır: "Bu siyahını davam edə bilərəm...

Bilirsiniz, bu şəxslər bu illər ərzində yeni kadrların üzə çıxarılması, inkişaf etdirilməsi naminə heç nə edə bilmədi. Hansı ki, edə bilərdilər. Çünki dövlət hər zaman Yazıçılar Birliyinə kifayət qədər dəstək olub. Bu şəxslər, sadəcə, AYB-nin binasını və o qurumdakı postları qoruyub saxladılar. O da ona görə ki, özlərinin şəxsi maraqları var idi. Vəssalam!"
"Nəinki Anar, Yazıçılar Birliyində istefa ərizəsini yazmalı çoxları var..."

"Bu tip çıxışlarınıza əks reaksiya varmı?" sualımıza Prezident təqaüdçüsü bu şəkildə cavab verib:

"Reaksiyanın olması təbiidir. Amma bəlkə də istədikləri reaksiyanı verə bilmirlər. Çünki 37-ci il yox, 2019-cu ildir. Bir də ki, əks reaksiya onlara nə qazandıracaq ki? Dediklərimin hər biri həqiqətdir. Yoxsa Rəşad Məcidin yaşını düz demirəm? Ya Yazıçılar Birliyindəki, kadr islahatlarının, gənclər siyasətinin yoxluğunu? Bəlkə AYB-dəki problemlərin varlığını yanlış deyirəm? Mən AYB idarəçiliyində nələr baş verir hamısını çox gözəl bilirəm. Hətta lap çox gözəl".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar