Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Karlovun ölümü... - Türkiyə ilə bağlı sensasion plan

Tarix: 21-12-2016 10:24     Baxış: 5383 A- / A+
Karlovun ölümü...



Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər.

Manevr.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi və bu hadisənin Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsinə təsadüf etməsi ilə bağlı axar.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Karlovun ölümünü birbaşa Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsd adlandırıb:

“Bu hadisənin Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli Moskva görüşü ərəfəsinə təsadüf etməsi bölgədə etimadsızlıq mühiti yaratmaq və daha çox Türkiyəyə zərər vurmaq məqsədi daşıyır. Eyni gündə Amerikanın Türkiyədəki səfirliyində sui-qəsd cəhdi isə bu işin arxasında çox böyük bir şəbəkənin durduğunu göstərir. Çünki yalnız Türkiyənin pisliyini istəyən qüvvələr belə xain hərəkətə yol verərdi. Vaxtilə I Dünya müharibəsinin başlamasına səbəb də Avstriya şahzadəsi Frans Ferdinandın öldürülməsi olmuşdu. Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər”.

Politoloq bildirib ki, eyni gündə baş verən üç hadisə - Karlovun ölümü, Amerikanın Türkiyə səfirliyinə hücum cəhdi və Rusiyada daha bir yüksək rütbəli məmurun qətlə yetirilməsi çox uzaqlara gedən nəticələr çıxarmağa əsas verir:

“Görünür, Rusiya və Türkiyə əleyhinə müəyyən qruplaşmalar hərəkətə keçib. Ən maraqlısı isə odur ki, hadisələr baş verən gün BMT-də Rusiyanın Krımdakı insan haqları ilə bağlı məsələ qaldırılıb və qəbul edilib. Bölgədə çox ciddi hadisələr cərəyan edir və bunun bir qismi Rusiyanın özü və yeritdiyi siyasətlə bağlıdır. Rusiyanın Hələbdə qətliama yol verdiyinə dair müddəaları da buraya əlavə ediblər. Artıq bir sıra Qərb dövlətləri bu məsələnin BMT səviyyəsində müzakirəsini istəyir və Rusiyanın Suriyada iri miqyaslı əməliyyat siyasəti həyata keçirdiyini qeyd edirlər. İndi bu məsələnin məhz Ankarada düyünlənməsi və Türkiyəni prosesə cəlb etmək planının iflasa uğraması xəyal qırıqlığına səbəb olub. Bu aksiya bir tərəfdən Rusiya əleyhinə yönəlsə də, digər tərəfdən anti-Türkiyə xarakteri daşıyır”.

Q.Hüseynli hazırda məlum hadisədən dolayı bir sıra ölkələrin Türkiyədəki səfirliklərini bağlamasına da münasibət bildirib: “Bəziləri bunu təhlükəsizlik nöqteyi-nəzərindən etsə də, bəzilərinin müəyyən məsələlərdə iz qoymamaq üçün ümumi addımlara qoşulması istisna edilmir”.

Qeyd edək ki, ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qətlə yetirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar