Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Səfirin həyat yoldaşı ərinin qətlindən danışdı

Tarix: 20-12-2016 15:09     Baxış: 5447 A- / A+
Səfirin həyat yoldaşı ərinin qətlindən danışdı

"Mən hamı ilə birlikdə döşəməyə uzandım"

Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova ərinin qətlindən danışıb.

Manevr.az bildirir ki, Marina hadisənin baş verdiyi vaxt - Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında ərinin yanında olub.

"Andreyin çıxışı zamanı bir neçə dəfə atəş açıldı. Mən hamı ilə birlikdə döşəməyə uzandım. Sərgidə insanlar çox idi. Biz hamımız şoka düşmüşdük. Artıq xəstəxanaya getdiyimiz vaxt özümə gəldim. Ərim artıq ölmüşdü. Ona 11 dəfə atəş açdılar. Mühafizə prinsip etibarilə, ümumiyyətlə, yox idi. Yalnız tərcüməçi bəzən müşayiət edirdi. Ankara meri, Səhiyyə Nazirliyinin əməkdaşları xəstəxanaya gəldilər. Onlar uzun müddət danışdılar və sonra mənə bildirdilər ki, ərim ölüb. Mən şokda idim. Birdən pis oldum. Ərim heç kəsə heç bir pislik etmirdi, heç kəs heç vaxt onu hədələmirdi. Bizim fotosərgiyə gedəcəyimizi çoxları bilirdi, çünki tədbir qabaqcadan planlaşdırılmışdı", - o, Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarına ifadəsində deyib.
O, hazırda həkimin müşahidəsi altındadır.

Qeyd edək ki, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir xəstəxanada həyatını itirib.(publika.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar