Xəbər lenti
Alimlər: Spirt insan əcdadını yox olmaqdan xilas edib

Britaniyanın Ekseter Universitetinin alimləri spirti mənimsəyə bilmə qabiliyyətinin insan əcdadlarını yox olmaqdan xilas etdiyi barədə qənaətə gəliblər.
Bu barədə Phys.org-da yayımlanan press-relizdə bildirilir.
Tədqiqatçıların fikrincə, təqribən 10 milyon il əvvəl müxtəlif növ primatlar qida və resurslar üçün bir-biri ilə rəqabətdə olublar. Bəzi qruplar həzm edilməsi mümkün olan yetişməmiş meyvələr yeyirdilər.
Bu, onlara digər meymunlar üzərində üstünlük qazandırırdı. Eyni zamanda, həddindən artıq yetişmiş meyvələr meymunların bədənində həzmə getmirdi və tərkibində etil spirtinin olması səbəbindən ağır zəhərlənməyə səbəb olurdu. Ancaq hansısa bir anda adaptasiya yarandı və insan əcdadlarına bu cür meyvələri yemək imkanı verən uyğunlaşma ortaya çıxdı.
Alimlərin fikrincə, şimpanze ilə insanlar arasında hədlərin ayrılması təxminən 5,5 milyon il əvvəl baş verib. Bu, müasir meymunların bəzi növlərinin də bədənlərində spirti mənimsəmə qabiliyyətlərinin səbəbini izah edir.
O da vurğulanır ki, qıcqırdılmış bitki toxumalarında spirt konsentrasiyası 1-4 faiz təşkil edir ki, bu da bir çox müasir spirtli içkilərdən daha aşağıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar