Xəbər lenti
Cavid Qurbanov fiziki məhdudiyyətli istedadlı şəxslərlə görüşdü -ŞƏKİLLƏR
Milli Məclisin üzvü Cavid Qurbanov Kəlbəcər rayonundan olan fiziki məhdudiyyətli istedadlı insanlarla görüşüb.
Manevr.az xəbər verir ki, görüşdə 10-a yaxın şəxs iştirak edib.
Millət vəkili xüsusi diqqətə ehtiyacı olan şəxslərin sosial qayğıları ilə maraqlanıb. Görüş iştirakçılarını narahat edən məsələlərlə bağlı qeydlər aparılıb. Həmin çətinliklərin qısa müddətdə aradan qaldırılacağı bildirilib. Görüşdə ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən danışılıb. Dövlət başçısı İlham Əliyevin və birinci vitse - prezident Mehriban Əliyevanın həmin şəxslərə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və reabilitasiyası istiqamətində atılan addımlar barədə məlumat verilib. Sonda görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan 2006-cı ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar