Xəbər lenti
“Türkiyədəki terrorların arxasında xarici güclər var” - Toğrul İsmayıl
“PKK bu qədər yüksək kəşfiyyata, planlaşma gücünə malik deyil”
Son 10 gündə Türkiyədə iki dəhşətli terror hadisəsi baş verib. Dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda baş verən terror nəticəsində 44 nəfər həlak olub, 150-dən artıq insan yaralanıb. Bir həftə sonra şənbə günü Kayseri şəhərində baş verən terror aktı nəticəsində 14 nəfər ölüb, 50-dən artıq insan yaralanıb.
Qeyd edək ki, hər iki terror aktını “canlı bomba” törədib. İstanbul terroru futbol stadionu ətrafında xidmət edən çevik polisləri hədəfə alıb, ölənlərin böyük əksəriyyəti polislər olub. Kayseridə isə terrorçu minalanmış avtomobilini Kayseri xüsusi təyinatlı briqadanın icazəli olaraq şəhərə gəzintiyə gedən əsgərlərinin olduğu avtobusu hədəfə alıb. Hər iki terror aktı Türkiyədə həssas bir dönəmdə baş verib. Bir tərəfdən Ankara Suriyada hərbi əməliyyatları davam etdirir. Digər tərəfdə isə Türkiyədə iqtisadiyyatda geriləmə yaşanır, lirə dollar qarşısında dəyər itirir, Qərb ölkələri ilə Ankara arasında “soyuq müharibə” yaşanır.
Ard-arda baş verən terror aktları Türkiyədə sabitliyin zəiflədiyi, ölkəyə xaosun hakim olduğu, Türkiyənin bir Yaxın Şərq ölkəsinə çevrildiyi görüntüsü yaratmağa hesablanıb. TOBB Ekonomi və Teknoloji Universitetinin dosenti, politoloq Toğrul İsmayıl deyir ki, son terror aktları xaric dəstəkli olduğu görüntüsü var. PKK-nın Türkiyədə uzun illərdir mövcud olduğunu xatırladan ekspert deyir ki, son olaylarda daha peşəkar, planlı dəst-xətt sezilir: “Son terror aktları bu hadisələrin xarici dəstəkli olduğu görüntüsü yaradır. PKK bu cür terror etmək gücündə deyil. Bu mənim şəxsi düşüncəmdir. Bu günə qədər də PKK vardı, amma belə mütəşəkkil, hazırlıqlı olmurdu. Türkiyənin Suriyada geri çəkilməməsi, inad göstərməsi bu terror aktlarına səbəb olur. Kimin etməsini deyə bilmirəm. Amma bu terror olaylarına baxanda yalnız PKK-nın əl işi olmadığı aydın olur. PKK bu qədər yüksək kəşfiyyata, planlaşma gücünə malik deyil. Diqqət edirsinizsə hədəf alınan yerlər çox strateji hədəflərdir. İstanbulda çevik polis, Kayseridə Türkiyənin cənub-şərqində terrora qarşı əməliyyat aparan hərbçilər. Göstərmək istəyirlər ki, sanki Türkiyədə bir təhlükəsizlik zəifliyi var”.
T.İsmayıl deyir ki, terrorçuların və onu sifariş edənin əsas hədəfi içəridə narazılıqlar yaratmaq, iqtidarı birbaşa hədəfə almaq, çətin şərtlər qarşısında qoymaqdır: “Bu cür hadisələrlə ölkəni xaosa çəkmək və sonda iqtidarı istefaya məcbur etməkdir. Bu iş PKK əli ilə edilsə də, bu PKK-nın maraqlarına xidmət etmir. Əksinə, PKK-nı və kürd separatçılarını daha da zəiflədən fəaliyyətdir. Burda əsas hədəf Türkiyənin Yaxın Şərq siyasətini dəyişməsinə yönəlib.
Bu terrorlar PKK-ya xeyirdən çox zərbə vurur, kürd separatçı fəaliyyətini zərbə altında qoyur, silahsızlaşdırır. Görünən odur ki. bu terror çox dəqiq hesablanmış, uzun sürən bir kəşfiyyat hazırlığı tələb edən, peşəkar hazırlıq tələb edən işlərdir. Bu isə PKK-nın tərzinə çox da uyğun gəlmir. Biriləri deyə bilər ki, bəlkə PKK çox güclənib. Amma buna qarşı deyə bilərik ki, hansısa güclər PKK-nı yüksək səviyyədə hazırlayır. İstənilən halda bu terror aktları PKK-nın təkbaşına planlayıb həyata keçirə biləcəyi bir terror aktları deyil".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar