Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Gənc yazardan Yazıçılar Birliyinə kəskin ittihamlar - Video

Tarix: 03-12-2019 17:48     Baxış: 3298 A- / A+
Gənc yazardan Yazıçılar Birliyinə kəskin ittihamlar - Video

Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qurultayın keçirilməsi gözlənilir. Qurultayda AYB-nin yeni sədrinin kimliyi müəyyən olunacaq. Qurumun hazırkı sədri, Xalq yazıçısı Anar Rzayevin də öz namizədliyini irəli sürəcəyi ehtimal olunur.

AYB-nin XIII qurultayı ərəfəsində sədrliyə namizədlərin sayı isə durmadan artır. Həmin namizədlərdən biri şair-publisist Tural Turandır.

“AYB-nin nizamnaməsində göstərilir ki, 25 yaşından yuxarı olan şəxslər təşkilata rəhbərlik edə bilər. Deyirlər ki Anar müəllimin nüfuzu belə böyükdür, filan... O, olmasa, AYB dağılar. Niyə dağılsın? Məhz Anar müəllimin atası Rəsul Rza AYB-nin sədri seçiləndə 28 yaşı vardır. Onu da deyim ki, Anar müəllimin nüfuzu təşkilata üstünlük gətirməyib”,-deyə T.Turan bildirib.

Şair AYB rəhbərliyinin gənclər siyasətini tənqid edib: “Prezident təqaüdü o şəxslərə verilir ki, onlar troll ordusunun üzvüdür. Bizim kimi şairlər və yazıçılar AYB rəhbərliyini tənqid edəndə bizim qarşımıza onları çıxarırlar... İstedadsız yazıçı və şairlərə təqaüdün verilməsi əxlaqsızlıqdır”

Tural Turan vurğulayıb ki, AYB rəhbərliyi vəzifələrindən özləri üçün istifadə edirlər: “Azərbaycan ədəbiyyatını müxtəlif beynəlxalq tədbirlərdə təmsil edən şəxslər AYB-nin eyni üzvləridir. Onlar Anarın özüdür, AYB-nin 55 yaşlı gənclər üzrə katibi Rəşad Məciddir, Səlim Babullaoğlu və başqalarıdır.

Anar müəllim, beynəlxalq gənclik ədəbi simpoziumlarına özünüz gedəndə əlbəttə ki gənc yazıçıları tanınmayacaqsınız. Siz hələ də özünüzü gənc görürsünüz. 83 yaşınız var, bəsdir, gedin!”bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar