Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - ŞƏKİLLƏR

Tarix: 02-12-2019 20:51     Baxış: 3510 A- / A+
Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - ŞƏKİLLƏR

Rossiya-1 televiziyasının aparıcısı, əslən azərbaycanlı Nailə Əsgərzadə “Bombardier Global 6000” təyyarəsi və 62 metrlik yaxtadan istifadə edir.

Bu məlumatı rusiyalı müxalif bloger Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu yayıb. Məlumata görə, Əsgərzadə bütün bunlardan “VTB Bank”ın prezidenti Andrey Kostinlə yaxınlığı sayəsində istifadə edir. Belə ki, Əsgərzadənin 2018-ci ildən Kostinin VTB-nin törəmə şirkəti vasitəsiylə sahibləndiyi təyyarədən istifadə etdiyi bildirilib. Hazırda bu təyyarənin VTB-yə heç bir aidiyyəti olmayan ofşor şirkətə məxsus olduğu vurğulanıb.
KMF təyyarənin hazırkı dəyərinin 60 milyon dollar olduğunu və onun Əsgərzadəyə icarəyə verildiyini, uçuş saatı üçün kirayəsinin 559 min rubl olduğumi qeyd edib. 2019-ci ildə təxminən 51,5 saat davam 16 uçuş həyata keçirildiyi və bunun üçün aylıq 28,9 milyon rubl ödənildiyi də vurğulanıb.
Fond, həmçinin, Əsgərzadənin 62 milyon dollar dəyərində olan “SEA&US” yaxtasına da sahib olduğunu bildirib.
Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məsələdən xəbərsiz olduqlarını və onu şərh edə bilməyəcəklərini söyləyib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Əsgərzadə ilə Kostin arasında sevgi münasibəti olduğunu açıqlasa da, tərəflər bunu təsdiqləməmişdi.
Bir neçə ay əvvəl Nailə Əsgərzadənin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahib olması barədə də məlumat yayılmışdı.
“Proekt.media” saytı ərazinin ümumi dəyərinin 45 milyon dollar olduğunu yazmışdı.axar.az

Manevr.az
Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - ŞƏKİLLƏR
Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - ŞƏKİLLƏR
Azərbaycanlı xanım jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar