Xəbər lenti
"İsgəndər Həmidovun Türk dünyasında müsbət imici, Cavid Qurbanovun kəlbəcərlilərə dəstək olması təqdirəlayiqdi..."
Mən bir insanın digər bir ictimai və ya siyasi xadim haqqında tənqid yazmasının qətiyyən əleyhinə deyiləm.
Manevr.az bildirir ki, sosial şəbəkədə özünü siyasi mühacir kimi təqdim edən Süleyman Süleymanlı adlı biri, kəlbəcərli ziyalılar barədə xoşagəlməyən, təhqiramiz fikirlər söyləyib. Əslən Kəlbəcərdən olan vəkil Əziz Qənbərin ziyalılarımızı müdafiə edən fikirlərini təqdim edirik:
"Bu tənqid təhqirə keçməyincə bunu fikir və düşüncə azadlığı kimi qəbul edirəm. Lakin mənfisi və ya müsbəti ilə az da olsa, çox da Kəlbəcərlilərin rəğbətini qazanmış insanlar haqqında, xüsusən də onların ailə üzvləri vasitəsi ilə təhqir etmək əxlaqa sığmayan hərəkətdir. Bunun adı ictimai diqqəti özünə cəlb etmək, gələcəkdə hər hansı bir maddi mənfəət əldə etməkdən başqa bir şey deyil.
İlk öncə İsgəndər Həmidov haqqında deyilən fikir haqqında onu deyim ki, Onun siyasi fəaliyyəti haqqında olan düşüncəm nə qədər müsbət olmasa da, ancaq Onun Azərbaycanda və Türk dünyasında olan müsbət imici hər bir Kəlbəcərli kimi mənim də xüsusi hörmət və ehtiramıma Türklər demiş masar olmuşdur.
Cavid Qurbanov haqqında isə onu deyə bilərəm ki, bir seçicisi olaraq Kəlbəcərin işğaldan azad olunması istiqamətində parlament tribunasından istifadə etməməsi məni üzən bir haldır. Qısacası bu hissədə Cavid müəllimdən razı deyiləm. Lakin, insanlara xüsusən Kəlbəcərlilərə maddi dəstək olması, onlara qayğı göstərməsi təqdirəlayiqdir. Etiraf edək ki, Cavid Qurbanov öz seçicilərinin problemlərinə biganə qalmayan azsaylı deputatlardandır.
Bu gün kimlərinsə Cavid Qurbanova hücum çəkməsinin səbəbi onun insanları, xüsususilə də həmyerlilərinə maddi dəstək göstərərək, onları razı salmağa çalışmasıdır.
Çünki, onun haqqında yayımlanan son videodan görünür ki, özünü siyasi mühacir adlandıran bir şəxsin Cavid müəllimdən maddi umacağı var.
Həmin videodan sitat: “Özünü yaxşı aparmasan birinci, ikinci, üçüncü və s videoları da yayımlayacam”
Süleyman adlı bir şəxs “özünü yaxşı aparmasan” deyərkən məqsədi bəllidir.
P.S: Son 5 il ərzində ictimai və siyasi prosesləri yaxından izləyən və onun içərisində onan bir şəxs olaraq bildirim ki, Süleyman Süleymanlını tanımıram və onun ictimai fəaliyyətini görməmişəm.
Əziz Qənbər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar