Xəbər lenti
Əhəd Abıyev Daşkəsəndəki polis-vətəndaş qarşıdurması haqda
"Daşkəsən rayonunda polisə müqavimət göstərən şəxs barəsində məhkəmənin həbs qərarı var".
Bunu "Report"a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbıyev Daşkəsəndə polislə vətəndaş arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib.
İcra hakimiyyətinin başçısı baş verən hadisənin təfərrüatını açıqlayıb: "Həmin şəxsin adı Bəhməndir. Qonşusu ilə kartof əkib. Razılaşıblar ki, kartofun satışından əldə olunan pulu bölüşsünlər. Sonradan bunların arasında mübahisə yaranıb. Bəhmən qonşusunu vurub. Həmin şəxs də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Daşkəsən Rayon Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarı ilə Bəhmən barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalındaca həbs olunur, Gəncə şəhərinə aparılarkən yolda polislərə müqavimət göstərərək qaçıb. Bildirib ki, Azərbaycan Prezidentinə və rayon İcra hakimiyyətinin başçısına şikayət edəcək. İcra hakimiyyətinin başçısı nə etməlidir? Axı məhkəmənin qərarı var. Polislər də bunu tutublar, bu zaman qarşıdurma baş verib. Mən özüm də videoya baxmışam".
Ə.Abıyev vurğulayıb ki, insanlar yayılan videodan məsələnin mahiyyətini başa düşmür: "Deyirlər, guya bu, elektrik enerjisinin, təbii qazın qiymətinin artırılmasına etirazdır. Qətiyyən belə deyil, yazılanlar cəfəngiyyatdır. Bir neçə şəxs var ki, belə məlumatları şişirdirlər".
Qeyd edək ki, barəsində danışılan hadisə ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar