Xəbər lenti
Şəkidə yazıçı Əyyub Qiyasla görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında yazıçı-təcüməçi Əyyub Qiyasla tələbələrin görüşü keçirilib.
Manevr.az xəbər verir ki, görüşü AYB Şəki bölməsnin rəhbəri şarir Vaqif Aslan açaraq qonaqları salamlayıb, yazıçının yaradacılığı ilə bağlı tələbələrə məlumat verib. Daha sonra tədbiri aparmaq üçün söz Şəkidə yaşayan tanınmış şair və tərcüməçi Qoca Xalidə təqdim olunub.
Qoca Xalid Əyyub Qiyasın romanları, tərcümələri ilə bağlı ətraflı çıxış edib. Tədbirdə yazıçının qələm dostu, şair Ehtiram İlham, Şəkidə yaşayan gənc şair, AMEA Şəki Regional Elmi Mərkəzin kiçik elmi işçisi Tural Adışırin də iştirak edib, şeirlərini söyləyiblər.
Sonda Əyyub Qiyas dəvətə görə təhsil müəssisənin rəhbərliyinə, müəllim və tələbə kollektivinə və təbdirin təşkilatçısı, AMEA-nın Şəki Regioanl Elmi Mərkəzin "Folklorşünaslıq və el sənətləri şöbəsi"nin rəhbəri, ADPU Şəki filialının baş müəllimi Pakizə Zakirovaya xüsusi tşəkkürünü bildirərək, belə görüşlərin əhəmiyyətini vurğulayıb, tələbələrin suallarına cavab verib, yeni çapdan çıxmış “Ədəbiyyat üzrə Nobel mükafatçılları” antologiyasını avtoqrafla fililalın kitabxanasına hədiyyə edib.
Tədbirin sonunda tələbələr qonaqlarla xatirə şəkilləri çəkdiriblər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar