Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov:"Mən vətənimi parçalayan şərəfsizlərə dəstək vermərəm..."

Tarix: 28-11-2019 13:35     Baxış: 3571 A- / A+
Mübariz Mənsimov:"Mən vətənimi parçalayan şərəfsizlərə dəstək vermərəm..."

"Mənim adıma açılan səhifələrdən birində tanımadığım, tanımaq belə istəmədiyim insan haqqında paylaşım olub. Guya mən Fəxrəddin Abbasov adlı bir şəxsi müdafiə etmək üçün insanları məhkəmənın qarşısına çağırmışam. Cənablar, mən hər zaman demişəm, yenə də deyirəm: “Azərbaycanı parçalamaq istəyən istənilən insan, ilk olaraq, qarşısında məni görəcək."

Manevr.az xəbər verir ki, bu sözləri "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsumov onun seperatçı Fəxrəddin Abbasovu dəstəkləməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib. Uydurma xəbərdən hiddətlənən sahibkar fikrini belə davam etdirib:

"Mənim üçün Azərbaycan dövlətinin və xalqının maraqları hər şeydən üstündür. Mən heç bir zaman vətənimi parçalayan şərəfsiz, satqın, murdar heyvan xislətli insanlara dəstək vermərəm, verməyəcəm də. Bunu qulağınızda sırğa edin və məni belə çirkin siyasi oyunlara çəkməyin. Azərbaycan bölünməzdir və vahid vücud halında olmalıdır. Separatçılığa yol vermək olmaz. Azərbaycanın milli maraqlarını qorumaq, müdafiə etmək hər birimizin vətəndaş borcudur. Azərbaycanı bölmək istəyənlər vətən xainləridir və cəzalarını çəkməlidirlər. Mənim adıma açılan səhifənin sahiblərinə xəbərdarlıq edirəm ki, mənim adımdan siyasi açıqlamalar edilməsin. Mən bunu qəti şəkildə pisləyirəm. Hüquq-mühafizə orqanlarına belə sehifələrlə bağlı şikayət ediləcək. Vurğulamaq istəyirəm ki, sosial şəbəkədə mənə aid cəmi 2 rəsmi səhifə var. Bir daha bəyan edirəm: Mübariz Mənsimova “separatçı” damğasını yapışdırmaq heç vaxt alınmayacaq. Mümkün deyil. Mənim vətənim – vahid AZƏRBAYCANdır! Mənim düşmənim Azərbaycanı parçalamağa çalışan ermənilər və onların tülkü əlaltılarıdır. İndiyə qədər bunlarla mübarizə aparmışam, bundan sonra da əlimdən gələni edəcəm ki, belələrini dizin-dizin süründürüm, yerlə-yeksan edim. Azərbaycan xalqına həmişə xidmət etmişəm və həmişə xalqımın əsgəri olmuşam. Belə olub, var və olacaq."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar