Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

YIĞDIQLARINIZI SALAMAT YEYİN, Elmira Süleymanova, Akif Əlizadə!

Tarix: 27-11-2019 18:27     Baxış: 3350 A- / A+
Onsuz da sizə “bura say söyüb-söydürüb , döyüb-döydürüb aldıqlarını” deyilməyəcək
YIĞDIQLARINIZI SALAMAT YEYİN, Elmira Süleymanova, Akif Əlizadə!Elmira xanım Süleymanovanın da 15 illik insan hüquq(suzluq)ları müvəkkilliyinə son qoyuldu. AMEA prezidenti Akif Əlizadənin 6 illik “elm taxt-tacı”na son qoyulduğu kimi yaş həddini keçmək öz sözünü dedi.
82, 85, 90 yaş alim üçün nədir ki? Yenə bir institutdan -universitetdən “tapıb” işlər çözmək olar. Necə ki, Akif Əlizadə AMEA İşlər İdarəsini elmi işçilərə mənzil bölgüsü işləklərinə bulaşdırıb , sürücülərinin də adına hərəyə 4-5 sahəsi yüzlərlə kvadratmetri keçən mənzillərə yiyələnib ! Qarabağda döyüşlərdə olanda elmlər doktoru həyat yoldaşı iki körpə uşaqla AMEA yataqxanasından çıxarılan elmi işçi Qarabağ əlilinə isə mənzil əvəzinə quru söz verilir.. Mərhum AMEA prezidenti, akademik Mahmud Kərimovun köməkçisinə müraciət edəndən 3 gün sonra əməkdaşı şəxsən qəbul edib, dinləyib, qapıya kimi yola salırdı. Akif Əlizadəyə 3 il müraciət edilsə də, köməkçisi işlər idarəsinin prezidentin vəzifəsini icra etdiyini bildirib qəbula qadağa qoydu. Yeni AMEA prezidenti, hələ ki, kölgədə qalan işlək elm adamlarını görəvləndirir ki, bu da rəğbətlə qarşılanır. Ombudsman Elmira xanım Süleymanovaya müraciətə heç cavab verilmədi. Ombudsman hamını insan saymırdı a! Xırda məişət problemlərinin çözülməsində göstərdiyi müvəkkilliyi də hamıya sərgiləmirdi. Ümumiyyətlə, bizdə Ombudsmanın müvəkkilliyi hansısa qurumun ikinci-üçüncü dərəcəli əməkdaşına məktub göndərib aldığı qanunsuz cavabı “müvəkkili”nə ünvanlamaqdan o yana keçməyib. Görək, yeni gələn ombudsman hüquqçu olacaq, nəsə dəyişəcəkmi?

Gələndə ümidli olduq, “xöşgəldin” elədik, gedirsiniz, yığdıqlarınızı salamat yeyin! Onsuz da, Mirzə Ələkbər Sabirin camaatının Zilli Sultana dediyini sizə deyən olmayacaq :

“Zilli Sultan, bura say döydürüb aldıqlarını !
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!”

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar