Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xarici şirkətlər Azərbaycandan gedir

Tarix: 19-12-2016 08:57     Baxış: 4237 A- / A+
Xarici şirkətlər Azərbaycandan gedir


Ekspertlər səbəbləri açıqladılar, investorlar ölkədən bezib?

Azərbaycandan gedən xarici şirkətlərin sayı ciddi şəkildə artmaqdadır. Son olaraq bildirilir ki, daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur.

Vergilər Nazirliyinin məlumatına görə, “Merton Investment Holding Ltd.”, “Commonwealth Oil and Gas Company Ltd.”, “ACC Distribution UAB”, “NTD Services LLP” və “Key Mühendislik Proje Taahhüt ve Limited” şirkəti ölkəni tərk edir. Ekspertlər ümumilikdə şirkətlərin ölkəni tərk etməsini bir çox səbəblərlə bağlayırlar.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı açıqlamasında bildirdi ki, burada iki əsas səbəb var: “Biri obyektiv səbəbdir. Ölkədə iqtisadi fəallıq azalıb, iqtisadi fəallığın azalması, iqtisadiyyatın dövriyyəsini, gəlirləri azaldıb. Büdcə layihələrini azaldıb. Bir çox şirkətlər dövlət layihələrində çalışırlar. Bunlar obyektiv səbəbdir. Azalmalar fonunda, gəlirlərin azalması fonunda ölkənin cəlbediciliyi itir və onlar ölkədən getməyə üstünlük verirlər ki, izafi xərclərə yol verməsinlər. İkinci səbəb isə daha fundamentaldır, daha xroniki bir səbəbdir. İllərdir Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar atılmır. İnvestisiya mühiti pis olduqda, məhkəmələrlə bağlı problemlər olduqda, mülkiyyət toxunulmazlığı ilə bağlı, bank sektoru ilə bağlı problemlər olduqda, xarici investorlar üçün ölkə cəlbediciliyini getdikdə itirir. Azərbaycanda hər iki hal bu gün baş verir. Ölkənin xroniki problemləri, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı problemləri həllini illərdir tapmır”.

Qeyd edək ki, əksər ekspertlər şirkətlərin Azərbaycanı tərk etməklə əlavə xərclərini azaltmağa çalışdıqlarını bildirirlər. Xarici şirkətlərin ölkəni tərk etməsi ilk növbədə mövcud iqtisadi problemlərin ölkədə işgüzar fəallığa təsiri ilə izah olunur.

Ölkədən xeyli sayda böyük şirkətlər, o cümlədən “Shell”, “Samsung”, “Nestle” də gedib. Ekspertlərin sözlərinə görə, əsas səbəb ölkədəki ümumi investisiya mühiti ilə bağlıdır. Yəni bu, Azərbaycanda iş şəraitinin, biznes şəraitinin digər ölkələrə nisbətən daha səmərəsiz olmasından irəli gəlir.


Bəzi təhlilçilərə görə, xarici şirkətlərin getməsi ölkədə biznes mühitinin pisləşməsinin göstəricisidir, digər ekspertlər isə Azərbaycanda çalışan xarici şirkətlərin sayının azalmasının ölkə iqtisadiyyatında nə isə dəyişdirəcəyini düşünmür.

2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 100 faiz xarici investisiyalı şirkətlərin sayı 2015-ci illə müqayisədə 3 faizdən çox artaraq 5987-yə çatıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ləğv olunan xarici müəssisələrin sayı 2015-ci il ərzində 64 olub. Bu ilin 6 ayı ərzində bu rəqəm 45-ə bərabərdir. Ekspertlərə görə, xarici şirkətlərin Azərbaycanı tərk etməsi daha çox yoxlamalardan tutmuş monopoliyaya qədər subyektiv səbəblərdən dolayı ölkədə işləməkdə çətinlik çəkməkləri ilə bağlıdır.

RÖYA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar