Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Nazilə Gültac- Stabilizator(Hekayə)

Tarix: 17-11-2019 19:22     Baxış: 3265 A- / A+
Nazilə Gültac- Stabilizator(Hekayə)

Manevr.az Nazilə Gültacın bir hekayəsini təqdim edir:

STABİLİZATOR

Evdəki 200 manatı pəncərənin ağzındakı jurnalın altından götürüb çantasına qoydu. Pulunu həmişə o jurnalın arasına niyə qoyurdu, özü də bilmirdi. Evdə ən güvəndiyi, ona yaxın olan o jurnal idi. Ondan başqa o jurnalı heç kim oxumurdu. Ucqar bir məhəllədə yaşayırdı.
Əynini geyinib evdən çıxdı. Sədərək ticarət mərkəzinə gedən avtobusa mindi. Düsunurdü ki, 120 manata stabilizator, özunə də ucuz bir çəkmə alar. Havalar soyumusdu. Ayağındakı ayaqqabı yay ayaqqabısı idi. Ticarət mərkəzinə gedən avtobusun içi çox köhnə və çirkli idi. Adamlar bir-birinə pərçim olmusdu, gedən çox idi. Hamı da ümid edirdi ki, oradan istədiyini ucuz alar. Gəlib ticarət mərkəzinə çatdı.
Burada nələr yox idi. Nə istəsən tapmaq olardı. Baxdı ki , 2 man 50 qəpiyə əl-üz dəsmalı var. Yadına düşdü ki, təzə dəsmal qalmayıb evdə, işlədib. İki ayrı – ayrı rəngdən bir cüt aldı. Əsas məqsədi stabilizator almaq idi. Məhəllədə işıq çox zəif idi. Soyuducu, kondinsioner işləyə bilmirdi. Kondinsioneri kreditlə yeni almışdı. Qorxurdu mühərriki yanar, işləməz. Ona görə də evdəki son yemək pulunu götürüb gəlmişdi.Təsərrüfat malları satılan tərəfə keçdi. İlk qarşısına çıxan mağazaya girdi, sorusdu. Satici oğlan ona yanaşaraq, hansından istədiyini öyrənmək istədi.
Bildirdi ki, 5000 kvt olandan lazımdır.
Oğlan,- eləsinin qiyməti 220 manatdır,-dedi.
Məəttəl qaldı. İcində narahatlıq yarandı. Basqa marka yoxdurmu? Bir az ucuz, -deyə tərəddüdlə dilləndi.
-Xala, ən yaxşısı budur, mis dolaqlı, iki mühərrikli. İsiq 150-yə düşəndə 220-yə yüksəldir. Bir sıra əlavə üstünlüklərindən də dəm vurdu.
Qoy bir o biri mağazalara da dəyim-deyib çıxdı. Böyük mağazalarda nələr yox idi.
Gözqamaşdıran çilçıraqlar, bahalı qablar, servislər, guldanlar, televizorlar. Daha nələr, nələr. Butun bunları gördükcə içində balacalaşdı, qəmginləsdi. Hec bir vaxt bunlardan ala bilməyəcəyini düşündü. Kövrəldi. Kasıb evini gözünün önünə gətirdi, özünün ucuz geyiminə baxdı. Fikirləsdi ki, bu stabilizator da nə qədər bahaymış. Necə etsin?
Bir neçə mağazaya da baş vurdu.180 -220 manatliq stabilizatorlara xeyli baxdı, düşündü, daşındı. Qəti bir qərar verə bilmədi. “Alaram, birdən keyfiyyətsiz olar, birdən aldadarlar. Ən yaxşısı oğlum gəlib özü seçsin”. Qanıqara halda mağazadan çıxdı. Artıq yorulmuşdu. Cibindəki 190 manatı da bərk -bərk tutub avtobus dayanacağına tərəf getdi. Çəkmə də almadı, yəqin o da baha olar, -dedi. Avtobusa mindi, yungulləşdi. Bu böyük, zəngin bazarda özünü çox cılız və yoxsul hiss etmişdi. Aldığı iki dəsmalla avtobusun arxa qoltuqlarının birində oturdu. Ətrafına göz gəzdirdi. Əyin başları özü kimi olanlara baxdı. Xeyli baxdı. Dəsmalları sinəsinə sıxıb gözlərini yumdu...

Nazilə Gültac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar