Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasına üzv seçildi

Tarix: 17-11-2019 17:39     Baxış: 4167 A- / A+
Azərbaycanlı alim Rusiya Elmlər Akademiyasına üzv seçildi

Noyabrın 15-də Rusiya Elmlər Akademiyasına üzvlərin seçilməsi prosesinin sonuncu mərhələsi başa çatıb.

Manevr.az azedu.az-a istinadən xəbər veri ki, kifayət qədər uzun və gərgin keçən bu seçimlərin qaliblərindən biri də azərbaycanlı alim, texnika-riyaziyyat elmləri doktoru, professor Zahid Qocayev olub.

O, eyni zamanda Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavinidir.

Qeyd edək ki, Zahid Qocayev 1951-ci il Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompyuter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib.

Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanınır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar