Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Mühacir biabırçılığına görə Arif Hacılı istefa verməlidir"

Tarix: 14-11-2019 15:55     Baxış: 4360 A- / A+
“Heç bolşeviklərin repressiyası Müsavat Partiyasına belə ziyan vermədi”.
"Mühacir biabırçılığına görə Arif Hacılı istefa verməlidir"


Manevr.az xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında Müsavat Partiyasının başqanının keçmiş müşaviri Yadigar Sadıqlı deyib. Yadigar Sadıqlı Almaniyada saxta mühacir sənədi düzəltmək cinayəti ilə həmyerlilərimizin tutulmasını biabırçılıq adlandırıb və olayın baş verməsində partiya rəhbərliyinin məsuliyyət daşıdığını bildirib:

"Mühacir biabırçılığına görə Arif Hacılı istefa verməlidir"


“İki ildən artıqdır ki, Müsavat partiyasında bununla bağlı mübahisələr gedir. O vaxt Müsavat Avropa Koordinasiya Mərkəzinin (bundan sonra AKM) üvü olan bir neçə şəxs şikayət etmişdi ki, Müsavat AKM-də şəffaflıq təmin olunmur, kimlər üzv edilir bilmək olmur. Biz də bütün bunları Müsavat Partiyasında müzakirə etdik. İki saatdan artıq çəkən divan iclası oldu. Məhz bizimlə rəhbərlik arasında fikir ayrılığı da o dövrdən başladı. Müsavat AKM-in partiyaya bağlı olduğunu və hüququmuzu nəzərə alaraq, bir neçə nəfər təklif etdik ki, Müsavat AKM-də şəffaflıq təmin olunsun. Ona görə də təklif etdi ki, Müsavat AKM-in fəaliyyətinə nəzarət edək, kimlər üzv olur, kimlər tərk edir məlumatlı olaq. Orada maliyyə ilə bağlı şikayətlər var idi, hesabatlar tələb edək və.s. Ancaq Arif Hacılı və onun tərəfdarları bizim təkliflərimizi blokladılar. Müsavat AKM-in rəhbərliyi də Arif Hacılının dəstəyi ilə “Siz kimsiniz ki, biz sizə hesabat verək?” şəklində cavab verdi. Biz bu vəziyyətin qarşısını almaq üçün çox çalışdıq. Bu gün bu vəziyyətin baş verəcəyini güman edirdik. Ancaq Arif Hacılı israrla Müsavat AKM-i, şəxsən İlham Həsəni müdafiə etdi. Onun fəaliyyətinə hər hansı məhdudiyyət qoymağı, ona nəzarət etməyimizi qəbul etmədi. Çox vaxt "Mənim İlham Həsənə, Müsavat AKM-ə etibarım var, Müsavat AKM partiyanın resursudur" deyə çox öyündü. Bu gün də nəhayət belə bir hadisə oldu və hələ k,i ortada fakt olmasa da cəmiyyət olanları partiya ilə bağlayır. Əsas odur ki, bunu Müsavat AKM-in deyil, Müsavat Partiyası rəhbərliyinin əli olub deyə qəbul edirlər. Partiyanın 100 illiyi tarixində nə bolşevik repressiyaları, nə YAP repressiyaları partiyaya bugünkü qədər mənəvi ziyan vurmayıb. Sabah bəlkə Almaniya məhkəməsində Müsavat Partiyasının adı hallanacaq? Onda daha da biabırçılıq olacaq. Düşünürəm ki, partiyanın rəhbərliyi, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa etməlidir”.

Qeyd edək ki, dünən alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edərək, siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlayıb. Saxlanılan azərbaycanlılardan bir neçəsi Müsavat partiyasının üzvüdür.

İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;
Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;
Abdin Cavadov - Müsavat AKM-in üzvü;
Mehdi Xəlilbəylinin qohumu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar