Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Qarabağa Qayıdış” İctimai Birliyi Ədliyyə Nazirliyini məhkəməyə verdi

Tarix: 14-11-2019 15:18     Baxış: 3554 A- / A+
“Qarabağa Qayıdış” İctimai Birliyi Ədliyyə Nazirliyini məhkəməyə verdi

“Ədliyyə Nazirliyinin bu hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün məsələni məhkəmə müstəvisinə çıxarmaq qərarına gəldik”.

Manevr.az xəbər verir ki, bu sözləri Birliyin idarə heyətinin sədri Vaqif İsmayıl öz açıqlamasında söyləyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi artıq 30 ildən çoxdur ki, davam edir, lakin bununla bağlı dövlətimiz hər hansı irəliləyişə nail olmayıb:

“Beynəlxalq təşkilatlar ikili standartlarla işə yanaşması xalqımızın olan ümidlərini artıq puç edib. Məqsədi xalqımızın tarixi torpaqları, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın haqq səsini cəmiyyətimizə, xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmaqdan ibarət olan “QARABAĞA QAYIDIŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmaması qanunsuz olmaqla bərabər, hakimiyyətin bu sahədə fəaliyyətsizliyinin bariz nümunəsidir. Hesab edirik ki, dövlətimizin siyasi xəttinin özəyini təşkil edən Qarabağ münaqişəsi sahəsində istər cəmiyyətin, istərsə də, hakimiyyətin fəaliyyətsizlik etməsi yolverilməz haldır. Ona görə də, idarə heyəti olaraq Ədliyyə Nazirliyinin bu hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün məsələni məhkəmə müstəvisinə çıxarmaq qərarına gəldik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar