Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni sürücülük vəsiqələri nə vaxtdan veriləcək? – Hamı dəyişdirməyə məcburdurmu?

Tarix: 12-11-2019 14:58     Baxış: 3255 A- / A+
Yeni sürücülük vəsiqələri nə vaxtdan veriləcək? – Hamı dəyişdirməyə məcburdurmu?


Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar verib.

Qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Manevr.az xəbər verir ki, cebhe.info-ya açıqlamasında yeni sürücülük vəsiqəsinin özəlliklərindən danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı vəsiqənin xüsusi funksiyalarını sadalayıb:

“Sürücülük vəsiqəsinə yerləşdirilən çipin (elektron daşıyıcı) funksiyalarından istifadə etməklə gələcəkdə bu vəsiqədən həm də bank kartı kimi istifadə etmək olar. Bundan başqa həmin vəsiqə ilə vətəndaşın olduğu yeri müəyyənləşdirmək və ya sürücülük vəsiqəsi itərsə onun yerini müəyyən etmək mümkün olacaq.

Eyni zamanda bu kartın özəllikləri əsasında vətəndaşlar üzərlərində bir neçə kart gəzdirməli olmayacaq. Nədənsə bu elektron sistemin qurulması prosesi çox ləng gedir. Bunun nə vaxt reallaşacağı isə sual altındadır. Düşünürəm ki, bunun üçün Dövlət Yol Polisi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq olmalıdır”.

Sözügedən vəsiqənin nə zaman veriləcəyini müəyyənləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevlə əlaqə saxladıq.

Rüfət Quliyev bildirdi ki, tezliklə bununla bağlı ictimayyətə geniş məlumat veriləcək.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar