Xəbər lenti
"Ərdoğan mənə dedi ki…" - Jirinovskidən şok sözlər
Rəcəb Tayyib Ərdoğan mənə Türkiyənin NATO-dan ayrılma ehtimalının olduğunu söylədi.
Axar.az xəbər verir ki, bunu Rossiya-1 televiziyasında yayımlanan “Poyedinok” proqramında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Türklərin şərəfli millət olduğunu bildirən Jirinovski Ərdoğanın artıq AB-nin vədlərindən bezdiyini deyib:
“Reallıqlara baxmaq lazımdır. Bir ölkənin xarici siyasətini prezident müəyyənləşdirir. Biz uzun müddət mübahisə edə bilərik, amma ən sonda qərarı prezident verir. Ərdoğanla görüşüm zamanı bu sözləri eşitdim. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına girmək üçün bizə dəfələrlə müraciət edib. Üstəlik, o, mənimlə görüşü zamanı Türkiyənin NATO-dan ayrılma ehtimalının olduğunu da bildirdi. Türkiyə ilə uzun illər savaşmışıq, amma bu gün şərait dəyişib. Ərdoğan artıq Avropanın Türkiyəni nə vaxt öz sıralarına qəbul edəcəyini gözləməkdən yorulub. Türklər şərəfli xalqdır. Türklər artıq “Avropa Birliyini istəmirik” deyir. Türkiyə bizimlə dost olmaq istəyir. Türkiyə həmçinin Rusiya ilə hərbi-müdafiə məsələlərində də iş görmək istəyir. Bu, önəmli addımdır. Ona görə ki, Türkiyə NATO ölkəsidir. Biz demirik ki, Türkiyə NATO-dan ayrılacaq. NATO özü Türkiyəni sıralarından çıxaracaq. Ankara bizimlə hərbi məsələlərdə razılaşsa, Alyans belə bir qərar verəcək. Türklərlə iş birliyini itirməməliyik. Yalnız türklər təbii qaz kəmərimizi inşa etməyimizə izn verdilər. Onlarla yaxınlaşmağımız Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Azərbaycanı da məmnun edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar