Xəbər lenti
Aqil Abbasdan İradə Tuncaya doğum günü sürprizi — ŞƏKİL

Millət vəkili Aqil Abbas həyat yoldaşı, jurnalist-publisist İradə Tuncaya doğum günü sürprizi edib.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, millət vəkili İradə Tuncayın yazılarından ibarət “A.A.- Ağ adam, Ağrılar Adamı” adlı kitabı çap etdirib.
Qeyd edək ki, noyabrın 9-da yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncayın 60 yaşı tamam olur.
O, 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.
1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub.
”Mətbuatın inkişafında yardıma görə”, “Media açarı”, 2018-ci ildə Cəfər Cabbarlı mükafatına da layiq görülüb.
2 övladı var.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































