Xəbər lenti
Araz Əlizadə Türkiyəni qəzəbləndirdi: Deputat ərəblərlə bir sıraya qoyuldu

Deputat Araz Əlizadənin “Türklərlə azərbaycanlılar arasında heç bir qan bağlılığı yoxdur” deməsi Türkiyə mətbuatının diqqətini çəkib və etiraza səbəb olub.
Manevr.az xəbər verir ki, qonaq olduğu televiziya proqramında qalmaqallı çıxışa imza ata Araz Əlizadənin bu sözləri mətbuat tərəfindən Türkiyəyə qarşı çıxış kimi qiymətləndirilib.
“Türkiyə Suriyanın şimalında terror təşkilatlarına qarşı “Barış Pınarı” hərəkatını başlatdığında bütün dünyadan təpkilər gəldi. Türk insanının hər fürsətdə yardımına getdiyi Fələstin rəhbərliyi, ərəb ölkələri bura daxil oldu. Türkiyəyə dəstək verənlər isə soy bağımızın olduğu türk dünyası ölkələriydi. Ancaq “Bir millət, iki dövlət” dediyimiz Azərbaycandan Araz Əlizadə
adlı bir deputat qalmaqallı çıxışıyla diqqətləri üzərinə çəkdi”,- deyə Türkiyə mətbuat yazıb.
Qeyd edək ki, Araz Əlizadə dəfələrlə bu qəbildən olan çıxışlarla gündəmə gəlib. O, hətta 1918-ci ildə Osmanlı ordusunun pul müqabilində Azərbaycanın köməyinə gəldiyini də iddia edib.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar