Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Əsədov yenə irad tutdu - "Danışanda, bir az diqqətli olun”

Tarix: 16-12-2016 14:57     Baxış: 5367 A- / A+
Oqtay Əsədov yenə irad tutdu

Milli Məclisin bu gün keçirilən iclasında ötən gün Xəzər dənizində baş verən hadisədə 10 neftçinin itkin düşməsi məsələsi qaldırılıb.

APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, artıq son bir ildə eyni hadisənin ikinci dəfə baş verməsi olduqca ciddi və təhlükəli siqnaldır.

O qeyd edib ki, bu hadisə hansısa ölkənin təxribatı da ola bilər: "Azərbaycan elə ölkələr ilə sərhəddə yerləşir ki, apardığımız xarici siyasət onların əksər vaxt xoşuna gəlmir. Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər ki, orada estakadada qəza vəziyyəti yaratsın və nəticədə bu hadisələr baş versin. Yaxud bu başqa bir səbəbdən də ola bilər: məsul şəxslərin ciddi ehtiyatsızlığı və sair. O baxımdan mən təklif edirəm ki, Milli Məclis bu məsələdə öz sözünü deməlidir. Baş Prokurorluğa müraciət edək və bunun istər hansısa xarici ölkənin əməli və yaxud digər hansısa əməl səbəbindən baş verməsi ciddi araşdırılsın və ortaya nəticə qoyulsun. Mən ölənlərin yaxınlarına səbr diləyirəm”.

Spiker Oqtay Əsədov isə deputata irad tutub: "Bu məsələ ilə bağlı dövlət komissiyası yaradılıb və məşğul olur. Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda, bir az diqqətli olun”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar