Xəbər lenti
"Azəriqaz"ın yeni baş direktoru Ruslan Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin edilib.
Yeni baş direktor haqqında:
Ruslan Yusif oğlu Əliyev 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstilik energetikası fakültəsində bakalavr, 1999-2001-ci illərdə Energetika və enerjimaşınqayırma istiqaməti üzrə magistr, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. 2010-cu ildə araşdırdığı elmi işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Bundan başqa Ruslan Əliyev 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil alıb. 2016-cı ildə elmlər doktoru proqramı üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində dissertanturaya qəbul olub. 1999-2006-cı illərdə “Azenerji” ASC-də, 2006-2015-ci illərdə SOCAR-ın ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildən 01.11.2019-cu ilə qədər “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini işləyib. Müxtəlif elmi jurnallarda 50-yə yaxın elmi məqalələri dərc olunub. Ruslan Əliyev fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub. Evlidir, üç övladı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar