Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayevə telekanalları topa tutdu - “Televiziyaların əksəriyyəti eyni vəziyyətdədir”

Tarix: 16-12-2016 10:34     Baxış: 5215 A- / A+
Qənirə Paşayevə telekanalları topa tutdu


“Deputat həmkarım Fazil Mustafanın Azərbaycan televiziyalarında Suriya ilə bağlı gedən xəbərlərin əksəriyyətində yanaşmaların doğru olmaması ilə bağlı narahatlığını oxudum bir az əvvəl. Bir müddət əvvəl İraqda baş verən hadisələri müzakirə edirdi televiziyalarımızdan biri. Baxdım ki, çıxış edənlərin heç biri bir dəfə də olsun İraqda olmayıb. Ölkənin keçmişi, yaşanılan proseslər, etnik və dini baxımdan vəziyyət və s. kimi həssas mövzuları içəridə görməyib, hiss etməyib amma şərh edirdi və İraqda dəfələrlə olmuş və jurnalist kimi İraq müharibəsi dövründə çalşmış bir insan kimi deyirdim bunlar nə danışır, bunların mənim gördüyüm İraqdan xəbəri belə yoxdur”.

Manevr.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda qeyd edib.
Onun qeyd etdiyinə görə, bir neçə gün əvvəl isə Suriyadan danışırdılar – yenə də həyatında Suriyanı görməmiş insanlar geniş şərhlər verirdilər.

“Suriyanın hər tərəfini görmüşəm, dəfələrlə Hələb, Dəməşlə bərabər Bayırbucaq, Türkməndağı deyilən bölgələr və bir sıra digər bölgələrində amma dinlədiyim adamlar sanki başqa bir ölkədən danışırdılar. Bəziləri isə heç olmasa, doğru analiz etmək üçün müxtəlif mənbələri oxumağa belə tənbəllik etmişdilər və bu çıxışlarında çox aydın hiss olunurdu. Ümumi yayılmış bəzi məlumatlar səviyyəsində danışırdılar və təbii ki, məlumatlı tamaşaçıya maraqlı deyildi.

Bəzi fikirlər isə tamamilə doğru yanaşma deyildi. Misir hadisələrində də eyni vəziyyət olmuşdu. Bir neçə dəfə doğru deyil bu yanaşma dediyimdə hətta tanınmış bir televiziyanın həmin proqramdan məsul bir əməkdaşı “Qənirə xanım o proqramlarda o adamların danışması lazımdır. Belə məsləhətdir”
demişdi.

Ölkədə İraqı, Suriyanı, Misiri görənlər,bilənlər,orada çalışan mütəxəsislər(bir sıra adları çəkirəm) nədən məsləhət deyil, sadəcə, o adamlar məsləhətdi onu anlamadım dediyimdə isə üzümə baxıb, ciddi bir cavab verə bilməmişdi. Nə isə… Çox şey söyləmək olar. Amma bu qədəri də arif olan üçün yetərlidir. Bu məsələdə televiziyaların əksəriyyəti eyni vəziyyətdədir. Çox təssüf…”-deyə, o, daha sonra qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar