Xəbər lenti
"Gəl olaq qar dənəsi ötək pəncərələrdən..."- Aydan Ay

Doyunca üşüməmiş
Gəl, gözlərim köçməmiş
Baxışımı salamla...
Manevr.az gənc şair Aydan Ayın yeni şeirini təqdim edir:
***
Qayıt gəl, gülün üstə
Göz yaşımı salamla...
Qərib yeldən üşüyən
Yağışımı salamla...
Gəl, Ulu Göy ruhuma
Doyunca üşüməmiş
Gəl, gözlərim köçməmiş
Baxışımı salamla...
Gəl, canıma tənimə
O bürünən sənsən e...
Axşamın toranında,
Sübhün su üzündə
O görünən sənsən e...
Axşamımı salamla...
Sabahımı salamla...
Gəl olaq qar dənəsi
Ötək pəncərələrdən...
Kim bilir bir də haçan
Yol yoldaşı olub da
Keçərik küçələrdən?
Gəl, birgə getdiyimiz
O yolu da salamla...
O izi də salamla...
Gəl ki gözümdə günəş
Batmamış baxım sənə...
Torpağın dan üzünə
Çatmamış baxım sənə...
O vidanı salamla...
O həsrəti salamla...
Hara baxsan şəkildi
Hara baxsan qürubdu..
Kimini evi-eşiyi
Kimini Tanrı çölü
Əbədi unudubdu...
Gəl məni bas bağrına
Qucağımı salamla...
Gəl, bir ovuc od elə
Ocağımı salamla...
Qədəminə darıxan
Bu yolçunu salamla...
Bir salamı çox görmə
Bu pərişan sevdaya...
Aydan Ay
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar