Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda yumurta satışına limit qoyulub -SƏBƏB

Tarix: 16-12-2016 09:32     Baxış: 5202 A- / A+
 Naxçıvanda yumurta satışına limit qoyulub
Türkiyədə yumurtanın qiymətinin qalxması bəzi işbazlarda bu məhsulu qonşu ölkəyə aparmaq marağı yaradıb.

Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilməsi ilə bağlı məlumatlar yayılıb. “Turan” agentliyinin yaydığı məlumatda bildirilir ki, Naxçıvanda hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir.

Yumurta satışına nəzarəti Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları həyata keçirirlər: “İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları limit tətbiq olunmasının səbəblərinə aydınlıq gətirmirlər. Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir. Cavabları bu olur ki, ”biz bilmərik"".

Xəbərdə qeyd edilir ki, Naxçıvanda bir neçə broyler fabriki olsa da onların heç biri əslində fəaliyyət göstərmir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Qubad İbadoğlu bildirib ki, Naxçıvanda belə bir hal gözləniləndir:

“Sabah qərar da çıxara bilərlər ki, camaat yumurta yeməsin. Ola bilər ki, ümumi təklif aşağı düşüb, tələbi də tənzimləmək üçün bu cür vasitələrdən istifadə olunub. Harada ki, bazar liberallaşıb, satışla, qiymətlə bağlı qərarları bazar iştirakçıları qəbul edirlər, orada tələb və təklif əsasında bu mümkün deyil. Ancaq Naxçıvan daha çox inzibatçı iqtisadiyyata malik olan, tənzimlənən idarəçiliklə həyata keçirilən bazara malikdir. Həmin bazarda da bu cür qərarların olması mümkündür. Yəni Naxçıvanın idarəçilik sistemindən irəli gələn bir hal kimi bunu qiymətləndirmək olar. Ola bilər apardıqları hesablamalar göstərir ki, Naxçıvanda yumurtaya olan tələbat artır və lazım olan qədər bunu təklif etmək mümkün deyil. Belə olan halda tələbatın qarşısını kəsmək üçün bu cür məhdudiyyətləR qoyula bilər. Ancaq məsələ bundan ibarətdir ki, bununla problem həll olunmayacaq. Yumurtanı da pasportla satası deyillər ki? Naxçıvanın özündə də broyler fabrikləri var. İndi qış dövrü olduğu üçün məsələyə mövsümü amillərin də təsiri olur. Hər halda, Naxçıvanda yalnız broylerlər deyil, həyətində toyuğu olan vətəndaşlar da öz istehsalını satışa çıxarır. Ancaq indiki halda ola bilər ki, həmin də istehsaldakı məhsuldarlıq da aşağı düşüb”.

Məsələ ilə bağlı məlumat almaq üçün Naxçıvanda yaşayan sakinlərlə də əlaqə saxladıq. Lakin əlaqə saxladığımız sakinlərin əksəriyyəti bu faktı təkzib etdilər. Bundan əlavə, sakinlər söylədilər ki, həyətində toyuq-cücə saxlayanlar adətən qonşuları da yumurta ilə təmin edirlər. Bu baxımdan, əsaslı problem yoxdur.

Əslən Naxçıvandan olan jurnalist Məhəmmədəli Qəribli “Yeni Müsavat”a bildirib ki, Naxçıvanda yumurtanın hazırkı satış qiyməti Bakıdan da ucuzdur: “Hazırda 30 ədəd yumurta (1 kletka) 4 manat 20 qəpiyə satılır. Qonşu Türkiyədə yerli valyutanın bir qədər qiymətdən düşməsi yumurtanın qiymətinə də təsirsiz ötüşməyib. Naxçıvanla həmsərhəd olan Türkiyədə yumurtanın qiymətinin qalxması bəzi işbazlarda yumurtanı qonşu ölkəyə aparmaq marağı yaradıb. Çünki hazırda Türkiyədə yumurtanın 30 ədədi bizim pulla 7 manat 20 qəpiyə satılır. Təsəvvür edin ki, bir kletka yumurtada 3 manat xeyrin qalması MR-dən yumurtanın kütləvi şəkildə daşınmasına səbəb ola bilər. Bu məqsədlə də süni qiymət artımının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir ki, daxili bazar qorunsun, yaranmış vəziyyətdən istifadə edən bəzi işbazlar kütləvi şəkildə yumurtanı alıb başqa ölkəyə aparmasınlar. Hazırda Naxçıvanın istənilən marketindən yerli əhali 1 kletkası 4 manat 20 qəpiyə yumurta ala bilər. Bununla bağlı hansısa problem yoxdur. Yerli əhali üçün bununla bağlı heç bir limit tətbiq olunmayıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar