Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib

Tarix: 29-10-2019 18:59     Baxış: 4199 A- / A+
Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.


Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət hüquqlarını mövcud qanunvericilik əsasında sərbəst və rahat həyata keçirməsi üçün zəruri şərait yaradılıb. Vətəndaşların hər gün komitənin vəzifəli şəxsləri tərəfindən qəbulu təşkil edilir. Hər həftənin çərşənbə axşamı günü isə əvvəlcədən qəbula yazılmaqla Dövlət Komitəsi sədrinin qəbulu keçirilir.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. Qəbulda 50-dən çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Məcburi köçkünlərə bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Qəbulda olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar