Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib -"Qaçqınkom"da

Tarix: 29-10-2019 17:38     Baxış: 4192 A- / A+
Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Zəngilan rayonundan olan ziyalılar iştirak ediblər.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəngilan rayonunun Azərbaycanın füsunkar guşələrindən biri olduğunu diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələri bir daha yada salıb. Komitə sədri Zəngilanın işğalına səbəb olan amilləri qeyd edərkən bildirib ki, dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı ilk illərdə Azərbaycanda hökm sürən ictimai-siyasi, sosial-iqtisadi böhran, ordu quruculuğunun ləngidilməsi, düzgün xarici siyasət aparılmaması Ermənistanın hərbi təcavüzünün genişlənməsinə, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalına şərait yaradıb. Zəngilanlılar uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayanıblar. Lakin ətraf əraziləri zəbt etmiş işğalçı qüvvələr 29 oktyabr 1993-cü ildə rayon mərkəzini ələ keçirdikdən sonra mühasirədən çıxmaq üçün zəngilanlılar Araz çayının o tayına, İran ərazisinə keçmək məcburiyyətində qalıblar. Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün təmin ediləcəyinə əminliyini bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladığı vurğulanıb. Eyni zamanda ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial yönümlü layihələr, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən irimiqyaslı işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Zəngilan rayonundan olan ziyalılar çıxış ediblər. Onların çıxışı zamanı xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ bölgəsinin, o cümlədən Zəngilanın tezliklə işğaldan azad ediləcəyinə dərin inam ifadə olunub.

Sonda Zəngilan rayonunun işğalına həsr olunmuş film nümayiş etdirilib

Manevr.az

Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib
Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar