Xəbər lenti
“Neftçilərin ailələri idarədədir, axtarışlar uzun müddət çəkə bilər” - Mətbuat konfransı
"Bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam edir".
Manevr.az xəbər verir ki, bunu "Azneft Istehsalat Birliyinin baş direktorun müavini Balamirzə Ağarəhimov bu günkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda 10 gəmi və 1 helikopter axtarışa cəlb olunub: "1958-ci il təvəllüdlü Qafarov İlhamın cəsədi sudan çıxarılıb. Dekabr 12-dən havanın kəskin soyuyacağından xəbərdar idik və bəzi platformalardan neftçiləri təxliyə etdik. Hasilatın davam etdirilmısi üçün vacib işçilərdən başqa işçi yox idi. Belə hallar üçün prosedur qaydalarımız var. Küləyin sürəti qaydaları belə aşıb".
Direktor müavini qeyd edib ki, hadisənin baş verdiyi Neft Yığım Məntəqəsi 1978-ci ildə tikilib. Avqust ayında sonuncu təmir olub. Bir neçə estakadada təmir və tikinti işləri gedir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar