Xəbər lenti
"Qanunun hansı müddəası Rövşən Əhmədova əsas verir ki, mənim əldə edəcəyim qazancı, gəliri ölçsün?" -ŞƏKİLLƏR
"Mənə maraqlıdır, icra məmurunun vəzifəsi mənim nə qədər qazanc əldə etdiyimi düşünməkdir, yoxsa qanunla üzərinə düşən vəzifələri icra etmək?! Maraqlıdır, görəsən icra haqqında qanunun hansı müddəası icra məmuru Rövşən Əhmədova əsas verir ki, mənim əldə edəcəyim qazancı, gəliri ölçsün?"
Manevr.az xəbər verir ki, bu sözlər oxucumuz Şahin Vaqif oğlu Səfərovun redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət məktubundandı. Sözügedən məktubu olduğu kimi təqdim edirik:
"Hörmətli redaksiya! Nəzərinizə çatdırım ki, 14.10.2019 –cu il tarixində "Daşınar və daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzi" MMC-nin təşkil etdiyi hərracda 117,8 qram qızıl zinət əşyalarını udaraq qalib olmuşam. Hərracda qalib olduqdan sonra min bir zülmlə hərrac təşkilatından qalib olduğuma dair protokolları ala bildim. Bundan sonra qanunvericiliyə uyğun olaraq Nəsimi Rayon İcra və probasiya Şöbəsinin depozit hesabına behdən əlavə 3162 manat ödədim. Ödədyim məbləği göstərən qəbzi də protokola əlavə edərək, Nəsimi Rayon İcra və probasiya Şöbəsinə getdim ki, udduğum qızıl zinət əşyalarını götürüm. Lakin işə baxan Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşı, icra məmuru Rövşən Əhmədov mənim qızıl zinət əşyalarını bazar qiymətindən aşağı məbləğdə aldığımı əsas gətirərək protokolu təsdiqləməkdən imtina etdi. İcra məmuru Rövşən bəy deyir ki, 117,8 qram italiya qızılının bazar qiyməti 6000-7000 min manat edir, sən isə bu hərracda onu 3305 manata udmusan. Bəs sənin burda 2000-3000 min xeyrin var. Qazancın çox olur.
İndi mənə maraqlıdır, icra məmurunun vəzifəsi mənim nə qədər qazanc əldə etdiyimi düşünməkdir, yoxsa qanunla üzərinə düşən vəzifələri icra etmək?! Maraqlıdır, görəsən icra haqqında qanunun hansı müddəası icra məmuru Rövşən Əhmədova əsas verir ki, mənim əldə edəcəyim qazancı, gəliri ölçsün? Bəyəm, onun vəzifəsi hərrac komitəsi tərəfindən verilən sənədlərin qanuna uyğun olub-olmamasını yoxlamaq deyilmi?
İpoteka haqqında AZƏRBAYCAN RESPUBLİKASININ qanununun 42.5-ci maddəsinə əsasən hərracda ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Əmlaka ən yüksək qiymət də mənim tərəfimdən təklif olunub. Hərrac təşkilatı verdiyi protokolla bunu təsdiq edib.
İndi qanunla belə bir hüquq tanınmadığı halda kim Rövşən Əhmədova o səlahiyyəti tanıyır ki, mənim qazancımın miqdarını ölçsün ?
Rövşən Əhmədova dedikdə isə sizə rəsmi şəkildə müraciət edək, bizə imtina cavabı verin, məhkəmədə mübahisələndirək. Deyir ki, sən mənə müraciət etməli deyilsən. Rabitabank müraciət etməlidir, hərrac təşkilatı müraciət etməlidir. Dedikləri qurumlarla əlaqə yaradaraq bunları dəqiqləşdirməyə çalışdıqda isə icra məmurunun dediklərinin əksini deyirlər.
Problemin həlli yolunu tapması üçün Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan, Ədliyyə Nazirliyinin İcra baş idarəsi və bütün səlahiyyətli şəxslərdən kömək etmələrini xahiş edirəm."
Şahin Vaqif oğlu Səfərov
P.S.Manevr.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar