Xəbər lenti
Brüsseldə "Avropada diaspora və media lobbiçiliyi" layihəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 4-8-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində "Avropada diaspora və media lobbiçiliyi" layihəsinin icrasına başlayır.
ATXƏM-in mətbuat xidmətindən Manevr.az verilən məlumata görə, layihə çərçivəsində Brüssel şəhərində bir sıra silsilə tədbirlər və görüşlər keçiriləcək.
Belə ki, noyabrın 4-də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatşılığı ilə "Turkse Unie Brüksel" mərkəzində "Azərbaycan və Avropa KİV-ləri arasında əməkdaşlıq" mövzusunda dəyirmi masa təşkil olunacaq.
Noyabrın 5-də isə Gresham Belson Hoteldə Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə "Azərbaycan diasporu və media; əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" mövzusunda tədbir keçiriləcək.
Tədbirlərdə “Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi – mövcud təcrübə və perspektivlər”, “Azərbaycan və Avropanın KİV-ləri arasında əməkdaşlığın qurulmasında diaspor təşkilatlarının rolu”, “Sosial şəbəkələr və Azərbaycan reallıqları” mövzularında məruzələr dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.
ATXƏM-in mətbuat xidmətindən verilən məlumata görə, keçiriləcək tədbirlədə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və "Hədəf Global" qrupunun rəhbəri, "Ustad" jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak edəcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar