Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbs edilən "reket" redaktorun anasından SENSASİON MÜRACİƏT

Tarix: 15-12-2016 13:22     Baxış: 4357 A- / A+
Həbs edilən "reket" redaktorun anasından


İnsanların gizli yollarla intim videolarını çəkib şantaj etməklə ittiham olunan reket jurnalist, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin anası Maya Əliyeva müvafiq qurumların rəhbərliyinə şok effekti yaradacaq məktub yazıb.

Manevr.az-ın məlumatına görə, “Qafqazinfo”ya daxil olan müraciətdə M.Əliyeva oğlu S.Əliyevdən imtina etdiyini, onun haram pul qazandığını, özünün dediyi kimi “xox gələrək pul aldığını” bildirib: “Bir gün özü kimi dostları ilə bahalı maşınlarla kəndə gəlmişdi. Qonşuluqda olan bir qadın gəlib soruşdu ki, uşaqlar presi neçəyə verirlər, ot yoxsa yonca presidir. Oğlanlarıma dedim ki, siz o balaca maşına presi necə yığmısız, qonşu gəlib pres istəyir. Dedilər “ay ana, biz pres satmırıq, söz satırıq. Bizim üçün fərqi yoxdur iş görsünlər, ya görməsinlər. Biz xox gəlirik, pulumuzun yiyəsiyik. Versələr, yaxşı adamdılar, verməsələr pis. Beləcə şər böhtanla işimizi görürük”.

İndi başa düşdüm ki, mənim dörd oğlum yox, dörd dərdim var imiş. İndiyə kimi oğlanlarım tərəfindən mətbuatda və internet deyilən şeydə gedən yazıların hamısı yalan, şər-böhtandı: “Mən oğluma dedim ki, sənin dostun Habil Vəliyevdən gözüm su içmir, ondan nə qədər uzaqlaşsan, o qədər xeyir taparsan. O dələduzdan sizə dost olmaz. Abır – həyanızı kişi kimi qoruyun!”

M.Əliyeva qeyd edib ki, S.Əliyev hansısa nazirin qəzetinə rəhbərlik edərək qanunsuz işlər görüb: “Hansısa dələduza qoşulub dələduzluqla məşğulsunuz. Bir gün bunların hesabını verəcəksiniz. Yaxşısı budur ki, gec deyil, bu şərəfsiz yoldan çəkilin. Axırda qorxum odur ki, bu şərəfsiz yola arvadlarınızı da məcbur edib jurnalist kimi rayonlarda mini geyimdə müdirlərin qarşısını kəsdirəsiniz. Ondansa, yaxşıdı budur, əzəmətli bir yerdə oturub dilənəsən”.


M.Əliyeva oğlanlarını bu işə qoşanların Süleyman, Paşa və Rakif adlı şəxslər olduğunu bildirib.

Müraciət bu sözlərlə bitir: “Dövlət çox sağ olsun ki, bunlara yaxşı ad qoyub - reket qəzet məxluqları. Dünya özünü nədən qoruyur, təxribatlardan, yoxsa reket manyaklardan?”.

Həbs edilən "reket" redaktorun anasından
Həbs edilən "reket" redaktorun anasından
Həbs edilən "reket" redaktorun anasından

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar