Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ

Tarix: 22-10-2019 14:36     Baxış: 3155 A- / A+
Fazil Mustafa Ziyafət Əsgərova CAVAB VERDİ

"Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib".

Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Musfafa öz "Facebook" hesabında yazıb.

"İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq".
"Məni narahat edən sadəcə bir elmlər doktorunun, Konstitusiya professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı selfi çəkdirmək kimi dəyərləndirməsidir” – deyə F.Mustafa fikirlərinə əlavə edib: "Görünür hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı salınır”.

Xatırladaq ki, Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deputat Fazil Mustafanı tənqid edib: "Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu, sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar