Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

Elçin Əlibəyli Vilayət Eyvazova müraciət etdi

Tarix: 22-10-2019 08:10     Baxış: 3345 A- / A+
İki gün öncə döyülən jurnalist Elçin Əlibəyli daxili işlər nazirinə müraciət edib.
Elçin Əlibəyli Vilayət Eyvazova müraciət etdi

Manevr.az xəbər verir ki, o Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova ünvanlanan müraciətdə bildirilir:

"19 oktyabr 2019-cu il tarixində mən qonşum tərəfindən fiziki zərbələrə məruz qalmışam. Dərhal, bu barədə 102 xidmətinə məlumat vermişəm və gec də olsa, polislər gəlib məndən izahat alıblar. Bu barədə mən feysbuk hesabımda açıqlama da vermişdim. Daha sonra, polislər ölkənin ictimai həyatında gərginlik olduğu üçün, statusu silməyi tövsiyə etdilər. Mən də buna əməl etdim. Zərbələr nəticəsində ağır bədən xəsarəti almışam və beş il öncə əməliyyat olduğum yırtıq zədələnib, izləri də var. Lakin, polis işə olduqca soyuqqanlı yanaşmış, mənə hələ də tibbi ekspertizaya göndəriş sənədi verməmişdir. Yalnız bu gün axşam saatlarında Polis bölməsindən zəng olunaraq barışıq təklifi olunmuşdur.

Məlumat üçün deyim ki, hadisəni törədən şəxsin qardaşı DİN-də çalışır və nüfuzu hesabına bu məsələni ört-basdır etmək istəyir. Demək olar ki, nail də olub. 25 il mətbuatda çalışan, az da olsa tanınan şəxsə qarşı bunu edirlərsə, görün səsi eşidilməyən vətəndaşlar nə çəkir?

Cənab nazir! Məsələ ilə bağlı ölçü götürməyinizi xahiş edirəm!".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar