Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə şair Fəxrəddin Əzizin 65 illik yubileyi keçirilib -ŞƏKİLLƏR

Tarix: 21-10-2019 14:26     Baxış: 3498 A- / A+
Mingəçevirdə şair Fəxrəddin Əzizin 65 illik yubileyi keçirilib


Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə son otuz ildən bəri poetik deyimləri ilə oxuculara nəcib hisslər aşılayan tanınmış şair, AYB-nin üzvü Fəxrəddin Əzizin anadan olmasının 65 illiyinə həsr olunmuş sözlü-nəğməli yubiley keçirilib.
Bölmədən Manevr.az-a verilən məlumata görə, Mingəçevirli ədəbiyyatsevərlərin, şairin dost-tanışları və ailə üzvlərinin qatıldıqları tədbirin aparıcısı, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə 1954-cü ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində dünyaya göz açan və paytaxt Bakıda ali təhsilini başa vurandan sonra burada yaşayıb yaradan şairi həm ustad qələm sahibi, həm də həssas qəlbli bir insan kimi dəyərləndirdi.

Mingəçevirdə şair Fəxrəddin Əzizin 65 illik yubileyi keçirilib


Mingəçevir Bələdiyyəsinin üzvü, yazıçı-publisist Zahid Qasımlı uzun illərdən bəri tanıdığı sənətkarın indiyə kimi işıq üzü görən kitablarının söz xəzinəmizi zənginləşdirmək baxımından önəmli olduğunu diqqətə çatdırmaqla, yubiliyarın bölgədə ədəbi aləmi canlandırmaq baxımından sanballı pay sahibi olduğunu da vurğuladı.

Bir sıra çeşidli publisistik yazıları ilə imzası çoxlarına tanış olan mühəndis-energetik Adil İsmayılov Fəxrəddin Əzizin zaman-zaman qələmə aldığı şeirlərin gənclərə vətənpərvərlik hissi aşıladığını, ülvü məhəbbətin büllur saflığını sərgilədiyini və böyük poetik gücə sahib olduduğunu qeyd edərək, son illərdə səhhətində müəyyən problemlər yaranan yubilyara cansağlığı arzuladı.

Şəhər İcra Hakimiyyəti başçısının 1saylı Sahə-İnzibati Ərazi Dairəsi nümayəndəliyinin rəhbəri Rizvan Mikayıllı yubiliyar şairin ədəbi yaradıcılığına yüksək dəyər verməklə yanaşı, onun nümunəvi ailə başçısı və ictimaiyyət arasında böyük nüfuz sahibi olduğunu da diqqətə çatdırdı.

Şəhər İcra Hakimiyyətinin məsul işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev şəhər rəhbəri İlham İsmayılovun xeyir-duasını tədbirə qatılanlara çatdırıb, İH-nin fəxri-fərmanını yubiliyara təqdim etdi.

Tədbiri aparıcısı sovetlər dönəmində mingəçevirliləri ifa etdikləri həzin mahnı və musiqi ilə məftun edən “Kür” ansablının AYB Mingəçevir bölməsinin nəzdində yenidən fəaliyyətə başladığını bildirəndə, ansamblın rəhbəri qocamn xanəndə Ağagül Əliyev, onun həmyaşıdları tarzən İclas Qaçayev və qarmonçalan Telman Hüseynovun ifaları hərarətlə qarşılandı.

Ölkəmizdə çoxlarının istedadlı qələm sahibi kimi tanıdığı yazarlar-Azərbaycan Yazçılar Birliyinin üzvləri - Nəsib Bayramoğlu, Elşən Əzim və Nəsimişünas Əbülfət Həsənoğlu qələm dostlarının ədəbi yaradıcılığından, nəşr olunan kitablarının poetik məziyyətlərindən və insani keyfiyyətlərindən söz açdılar.

Şəhərdəki 4 saylı məktəbin direktoru, tanınmış pedaqoq Azər Qocayev Fəxrəddin Əzizi təbrik edəndən sonra rəhbərlik etdiyi təhsil ocağının VI sinif şagirdləri – Aysel, Könül, Aliyə, Təbiət, Riyaziyyat və Humanitar Elmlər liseindən isə Aytən, Şəhanə və Aysel yubiliyar şairin şeirlərindən nümunələr söyləməklə hamını məmnun etdilər.

Azərbaycan Yzıçılar Birliyi Mingəçevir bölməsinin hədiyyəsi və gül dəstəsi şairə təqdim edləndən sonra bölgədə ustad aşıqlar kimi tanınan Qoşqar Xasməmmədov, Hikmət Həsənov və balabançı Fərəc İlyasov çeşidli saz havaları ilə şairin bir neçə şeirinə həzinlik qatdılar.

Şairə xeyir-dualarını çatdıran Çingiz Nəzərov, Kəmalə Əyyubqızı və Çingiz Həsənovun çıxışlarından sonra Mətanət, Aysel və Qənirə də şair babalarının şeirlərini əzbərdən söylədilər. Yubiliyarın qardaşı Ramiz Əzizov və oğlu Orxan tədbirin keçirilməsində önəmli pay sahibi olan AYB Mingəçevir bölməsi rəhbərliyinə, tədbirə qatılanlara və Fəxrəddin Əzizin ədəbi yaradıcılığına və şəxsiyyətinə dəyər verənlərə minnətdarlıqlarını bildirdilər. Tədbir başa çatanda yubiliyar şairin kitabları oxuculara sovqat verildi və xatirə şəkilləri çəkildi.

Manevr.az

Mingəçevirdə şair Fəxrəddin Əzizin 65 illik yubileyi keçirilib
Mingəçevirdə şair Fəxrəddin Əzizin 65 illik yubileyi keçirilib



Mingəçevirdə şair Fəxrəddin Əzizin 65 illik yubileyi keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar