Xəbər lenti
Əli Kərimli sərbəst buraxıldı və dərhal efirə çıxdı - ŞƏKİL

Bu gün AXCP sədri Əli Kərimlinin saxlanılması haqqında məlumat vermişdik.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Bakıda 28 may metrostansiyası ətrafında Milli Şura tərəfindən təşkil olunan icazəsiz aksiya zamanı Əli Kərimli ilə yanaşı saxlanılan şəxslər də olub.
Hazırda AXCP sədrinin sərbəst buraxıldığı bildirilir. Bu barədə ilk dəfə sosial şəbəkələrdə məlumat yayılıb. Daha sonra isə Əli Kərimli dərhal, evinə çatar-çatmaz, Sevinc Osmanqızının internet televiziyasında canlı yayına qatılıb. O iddia edib ki, saxlanan zaman zorakılığa məruz qalıb. Özünün necə döyülməsi ilə bağlı Osmanqızına təfərrüatlı məlumat verən Əli Kərimlinin başında sarğı, boynunda qızartı olub. (Saxlanma və zorakılıq hekayəsi zamanı Kərimli və Osmanqızı efirdə qarşılıqlı olaraq, kövrəlib-ağlaşıblar.)
Əli Kərimli deyib ki, onu sərbəst buraxmamışdan öncə, DİN Mərkəzi Hospitalında tam müayinədən keçirdiblər.
Manevr.az

Əli Kərimli saxlanarkən
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar