Xəbər lenti
“İran Fələstinə görə deyil, Ermənistana görə narahatdır” - DEPUTAT
“İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycan-İsrail münasibətlərini daha da möhkəmləndirəcək və bizim əməkdaşlığımızın əhatə dairəsi genişlənəcək. Azərbaycan-İsrail əməkdaşlığı dünya üçün də mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq eyni zamanda millətlərin, mədəniyyətlərin, dinlərin əməkdaşlığının təzahürüdür. Zənnimcə, bunlar çox önəmli mesajlardır. Bununla yanaşı bizim ölkələrin iqtisadi, təhlükəsizlik sahəsində olan əməkdaşlığı həm iki ölkəyə, həm də bölgəyə sülh və əmin-amanlıq gətirə bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.
A.Mollazadə İsrail baş nazirinin səfərinin İranda bəzi şəxslər tərəfindən narahatlıqla qarşılanmasına da münasibət bildirib. O deyib ki, bunun əsas səbəbi İranın öz dostu və qardaşı Ermənistan üçün narahat olması ilə bağlıdır: “Çünki Azərbaycanla İsrail bir neçə sahədə əməkdaşlıq edir. Bunlardan biri də müdafiə sənayesi sahəsində olan əməkdaşlıqdır. Bu əməkdaşlıq sayəsində Azərbaycan öz silahlı qüvvələrini gücləndirir. İran parlamentinin bəzi üzvləri tərəfindən “İranla Ermənistan bir millət, iki dövlətdir” ifadəsi səsləndirilmişdi. Düzdür, Rusiya Ermənistanı bir növ özəlləşdirib, ordusunu özünə birləşdirib. Ancaq Ermənistana bütün digər dəstək İrandan gəlir. Söhbət iqtisadi və enerji dəstəyindən gedir. Bu gün Azərbaycanın İsraillə münasibətləri İranı Ermənistana görə narahat edir. İran öz dostunu qorumaq üçün Azərbaycan-İsrail yaxınlaşmasına kəskin etirazını bildirir”.
Deputat İranın müəyyən dairələrinə belə bir ritorik sual ünvanlayıb: “Necə ola bilər ki, İran yüz minlərlə müsəlmanı öz torpağından didərgin salmış Ermənistana hər bir sahədə dəstək verir və onunla əməkdaşlıq qurur?! Bilirsiz, bu hansısa başqa bir yerdə, yəni bizim bölgədən uzaqda baş versəydi, bəlkə də bunun bizə aidiyyatı olmazdı. Amma Ermənistana verilən dəstək, onu necə deyərlər qidalandırmaq, enerji ilə təmin etmək heç bir çərçivəyə sağmır. Mən özüm görmüşəm ki, İran vətəndaşlarına məxsus maşınlar hətta, Azərbaycanın işğal olunmuş rayonlarına da yanacaq daşıyırlar. Ona görə də İran rəsmilərinin Fələstin məsələsini əlində bayraq edib Azərbaycan-İsrail yaxınlaşmasına qarşı çıxması öz-özlüyündə acı gülüş doğurur. Fələstin administrasiyasının Azərbaycanla çox gözəl münasibətləri var və Fələstin rəhbərliyi Azərbaycan-İsrail münasibətlərinin inkişafına heç vaxt etiraz bildirmir. İranın etirazları da məhz Ermənistanla bağlı narahatlıqlarla əlaqədardır. İran narahatdır ki, Azərbaycan Silahlı Qüvvələri güclənər və İranın dostu və müttəfiqi üçün problemlər yarana bilər. Fələstin məsələsi burda bəhanədir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar