Xəbər lenti
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun inzibati binasının açılışı olub -ŞƏKİLLƏR
Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un və Türk Akademiyasının rəhbərlərinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı oldu.
Manevr.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun açılışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, və üzv və müşahidəçi ölkələrin xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Peter Siyarto, TürkSOYUN sədri Düseyin Kaseinov iştirak edirdilər. Qonaqları “Cücələrim” Milli Rəqs qrupunun azyaşlı ifaçıları azərbaycan rəqsləri ilə salamlayandan sonra, Fondun qırmızı lenti kəsildi.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva yeni inzibati binanın otaqlarını qonaqlara təqdim etdi. Çox geniş və işıqlı, qədim türklərin ağ çadırı kimi bəzənmiş otaqlarda türk dünyasının görkəmli şəxsiyyətləri, həmçibnin Türk Şurasına üzv olan ölkələrin liderlərinin portretləri nümayiş edilirdi. Türk dünyasının milli musiqi alətləri və geyimləri olan otaqda simli və nəfəs alətlərimiz, türk dünyasının müxtəlif regionlarında arxeoloji qazıntılar zamanı tapılmış əntiq eksponatlar nümayiş olunurdu. Mədəni irsimizi qoruyan otaqdakı ağ royalda fondun prezidenti Günay Əfəndiyeva qonaqlar üçün “Sarı gəlin” mahnısını ifa etdi. Yüksək mənsəbli qonaqlar onun bu ifasını alqışladılar.
Daha sonra konfrans zalında qonaqlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu günə qədər gördüyü işlər barədə hesabat verildi. Və Fondun məqsəd və qayəsindən bəhs edən rolikin ilk təqdimatı oldu. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fondun türk dünyasının mədəni irsinin qorunmasında böyük rolu olacağına və gələcəkdə türkdilli ölkələrin bu fonda üzv olacağına ümid etdiyini söylədi.
Qeyd edək ki, türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə Görüşündə qəbul edilib. 2018-ci il sentyabr ayının 3-də isə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sənədlər imzalanıb. Və həmin Sammitdə binanın açılışının bu il Türk Şurasının VII Sammiti çərçivəsində açılışı nəzərdə tutulurdu. Bu gün həmin tarixi hadisə reallaşdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar