Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə ŞOK QƏRAR: Milli səfərbərlik elan edildi - "Məqsəd Türkiyəni yox etməkdir"-Ərdoğan

Tarix: 14-12-2016 15:26     Baxış: 6455 A- / A+
Türkiyədə ŞOK QƏRAR: Milli səfərbərlik elan edildi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli səfərbərlik elan edib.

Manevr.az xəbər verir ki, terror hücumlarında danışan Ərdoğan hazırki dövrün İstiqlal savaşı qədər önəmli olduğunu bildirib: “Bu gün həm bölgəmiz, həm də ölkəmiz üzərində alçaq oyunlar oynanılır. “Üst ağıl” dediyimiz qüvvələr hər gün yeni şeytani planlar ortaya çıxarır. Bu, bir güc savaşıdır. Bizim insanımız çətin oyunları pozar. Bu gün yaşadığımız dövr İstiqlal savaşı qədər önəmlidir. I Dünya Müharibəsindən sonra Türkiyəni Anadoluya sıxışdıraraq, Sevrdə planlaşdırdıqları kimi bir ovuc torpağa məhkum etmək istəyirdilər. Eynilə bu gün Hələbdə olduğu kimi “Misaki Milli” məqsədimizə çata bilməsək də Sevri parçaladıq. Bu gün də adı qoyulmayan bir Sevr təhdidi ilə qarşı-qarşıyıq”.

Ərdoğan Türkiyə və onun maraqlarına yaranan təhdidlərə qarşı milli səfərbərlik elan etdiyini açıqlayıb.

“Bütün vətəndaşlarımıza səslənirəm. Türkiyə Cümhuriyyəti dövlətinin rəhbəri olaraq, PKK, FETÖ, İŞİD də daxil olmaqla terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edirəm. Hər kəs terrorçularla bağlı bildiyi, gördüyü hər şey haqqında dövlətə məlumat versin. Terror təşkilatının məqsədi nəyisə müdafiə etmək deyil. Yeganə məqsəd Türkiyəni bölgədə yox etməkdir”, - deyə Türkiyə prezidenti vurğulayıb.(Publika.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar