Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Tarix: 30-09-2019 21:20     Baxış: 4197 A- / A+
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Son zamanlar hakimiyyət təmsilçiləri facebookda aktiv fəaliyyətə keçiblər. Onlar bir-birilərinin ardınca bu sosial şəbəkəyə axın etməyə başlayıblar. Paylaşdıqları statuslar isə kifayət qədər maraq doğurur.
Bu onların paylaşımlarına gələn bəyənmələrdə və rəylərdə müşahidə olunur.

Manevr.az musavat.com-a istinadən iqtidar nümayəndələrinin facebookda son olaraq nədən, kimdən yazdıqlarına təqdim edir.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov facebookda ən fəal olan iqtidar təmsilçilərindən biri sayılır. O, öz səhifəsində ölkədə gedən proseslərə, baş verən hadisələrə daha çox diqqət ayırır, çıxışlarını paylaşır.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Baş Nazirinin və YAP sədrinin müavini-İcra katibi Əli Əhmədovun son statusu virtual müxalifətlə bağlıdır. O, yazını bu müxalifətin iflasına həsr edib.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov facebookda yenilərdəndir və kifayət qədər fəaldır. O, son olaraq, Space TV-də "Sadə həqiqətlər” verilişinin qonağı olub və bunu öz səhifəsində paylaşıb.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Virtual məkanda bəlkə də ən fəal olan iqtidar təmsilçisi deputat, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadədir. O tez-tez canlı yayımlar edir, vətəndaşların problemləri ilə maraqlanır, onların suallarını cavablandırır. Eyni zamanda, keçirdiyi görüşlər barədə məlumat xarakterli fotolar paylaşır.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Aktiv olanlardan biri də "Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovdur. O, son olaraq, yuxarıda qeyd etdiyimiz Ə.Əhmədovun "Virtual müxalifətin iflası” adlanan məqaləsini paylaşıb.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

YAP-çı deputat, politoloq Elman Nəsirov da aktiv facebook istifadəçisidir. O, səhifə deyil, profil işlədir. Daha çox müsahibələrini istifadəçilərə təqdim edir.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin iki profili fəaliyyət göstərir. Onun öz adından əlavə, Nuhun Həmzə adlanan profili də var. O, son statusunda gəncəlilərə müraciət edərək, kitab oxumağa marağın artdığını nəzərə alaraq, 100 kitab hədiyyə etmək istədiyini qeyd edib. Rəylərə kimin hansı kitabdan xoşu gəlirsə, onu qeyd etməyib xahiş edib.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Hakimiyyət nümayəndələrindən feysbuqda fəal olan xanımlar da az deyil.

Onlardan biri YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızıdır. O, 1 oktyabr Beynəlxalq Ahılların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar rəhbəri olduğu rayon təşkilatının ahıllara baş çəkdiyi barədə məlumat verib.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

İqtidar partiyasının Şəmkirdən olan deputatı Sona Əliyeva da aktiv istifadəçilərdəndir. Xanım deputat Milli Məclisin payız sessiyasının ilk plenar iclasınının başlandığı barədə məlumat paylaşıb.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Daha bir YAP-çı deputat - Sevinc Fətəliyeva da sosial şəbəkədə aktivdir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü olan Sevinc xanım son statusunda AŞ PA-nın başlayan payız sessiyasından foto paylaşıb.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

Parlament sədrinin müavini, YAP təmsilçisi Bahar Muradova da facebookdadır. O qədər aktiv görünməsə də, ara-sıra paylaşımlarına rast gəlmək mümkündür.
Hakimiyyət nümayəndələrinin facebook fəaliyyəti – kim nə yazır?

YAP-çı deputat Nəsib Məhəməliyevi də aktiv saymaq olar. Həm Azərbaycan, həm də rus dillərində statuslar paylaşan deputat son yazısını Bakı Bulvarının gözəlliyinə həsr edib.

YAP-ın Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov da fəal istifadəçilərdəndir. O, təmsilçisi olduğu partiyanın və şəxsinin fəaliyyətini daha çox təbliğ edir.

Yazıçı, YAP deputatı Hüseynbala Mirələmov isə çox passivdir. Sanki "burada mən də varam” görüntüsünü yaradır. Təsadüfi deyil ki, deputatın bircə paylaşımı var, o da profilinə fotosunu qoyub.

Akademik, YAP deputatı Nizami Cəfərovun isə profili qeyri-aktivdir. O, sonuncu paylamının iyunun əvvəllərində edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar