Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mən Yerevandakı cəhənnəmdən qaçdım” - Armen Virabyan

Tarix: 13-12-2016 09:30     Baxış: 5317 A- / A+
“Mən Yerevandakı cəhənnəmdən qaçdım”

Manevr.az-ın məlumatına görə, daha bir erməni fəal Bakı platformasına qoşulub.

Vahe Avetyan, Süzan Caginyan və Vahan Martirosyandan sonra Yerevandan olan daha bir fəal - Armen Virabyan erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəklədiyini bildirdi.

Armen Virabyan etirazçı “Elektromaydan”ın ön sıralarında və Ermənistan müxalifətinin lideri, prezidentliyə namizəd Raffi Ovanisyanın etimad etdiyi şəxs olub. Lakin o, Serj Sarkisyanın hərbi xuntasının repressiya maşınının qurbanına çevrilib və Almaniyaya qaçmağa məcbur olub.

Yaxın günlərdə Virabyan sülhməramlı Bakı platformasını imzalayacaq və beləliklə, münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləyən dördüncü Ermənistan fəalı olacaq.

Virtualaz.org-a müsahibəsində Armen Virabyan bildirib ki, 1985-ci ildə anadan olub, Yerevandakı Maliyyə-İqtisad İnstitutunu bitirib, bir neçə QHT-də çalışıb. Daha sonra İsveçdə və Almaniyada iqtisadi və siyasi təhsil alıb, Yerevana qayıtdıqdan sonra oradakı Amerika universitetində oxuyub. İngilis, rus, İsveç və alman dillərini bilir.

Bakı platformasından danışarkən, Armen Virabyan deyib: “Bu, gözəl və hətta bir qədər gecikmiş təşəbbüsdür. Aydın məsələdir ki, onu dəstəkləyirəm. Arzum budur ki, gələcəkdə Ermənistan, Azərbaycan və Gürcüstan İsveçrə kimi bir konfederasiyada yaşasınlar”.

“Düşünmürsünüz ki, Ermənistan Ağdamı, Zəngilanı və Azərbaycanın digər işğal olunmuş ərazilərini qaytarmalıdır?” sualına erməni fəal belə cavab verib: “Əvvəlcə biz Ermənistanın özünü işğaldan azad etməliyik. Sonra isə məmnuniyyətlə Ağdam haqqında danışmaq olar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar