Xəbər lenti
"Putin bandit, qatil və KQB agentidir" - Con Makkeyn
"Vladimir Putin bandit, qatil və KQB agentdir. Gəlin, onu öz adıyla çağıraq».
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Arizona ştatının senatoru Con Makkeyn CBS-ə açıqlamasında deyib.
Makkeyn ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya və Putinlə bağlı mövqeyindən narahat olduğunu bildirib: "Söhbət ondan getmir ki, Putinlə danışmasın və heç bir iş görməsin. Əlbəttə ki, danışmalıdır. Amma bunu Ronald Reyqan kimi etməli – güc dili ilə danışmalıdır".
Senator ümid edir ki, Tramp məsləhətlərə qulaq asaraq Rusiyaya qarşı siyasətində güc mövqeyindən çıxış edəcək: «Ümid edirəm ki, Tramp Rusiya məsələsində yeni təyin etdiyi müdafiə naziri, general Ceyms Mattisin məsləhətlərini dinləyəcək».
Makkeyn Putinlə sıx əməkdaşlıq etmiş Reks Tillersonun dövlət katibi postuna təyinatından da narahat olduğunu deyib.
Senator açıqlamasında Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın ABŞ-dak son seçkilərə Trampın xeyrinə müdaxilə etdiyinə dair hesabatına da toxunub. Bildirib ki, bu məsələdə hansı addım atmalı olduğunu bilmir: "Neyləməli olduğumu bilmirəm. Aydındır ki, Rusiyanın müdaxiləsi olub. Bu müdaxilə hətta nəticəyə təsir etməyibsə belə, mütləq istintaq aparılmalıdır. Onlar bu kampaniyaya qarışıblar".
Qeyd edək ki, bir müddət əvvəl Makkeyn Trampı Rusiyanın seçkiyə müdaxiləsini etiraf etməyə çağırmışdı.
Senator onu da bildirib ki, Rusiyanın bundan sonrakı təsir və planlarını öyrənmək üçün Kəşfiyyat Komitəsinin senatorlarından ibarət xüsusi komissiya yaratmağı düşünür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar