Sizin Reklam Burada
Xəbər lenti
09-09-2026
08-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdəbildə "hər uşağa türkcə bir kitab" kampaniyası

Tarix: 25-09-2019 21:42     Baxış: 3172 A- / A+
Ərdəbildə "hər uşağa türkcə bir kitab" kampaniyası

Ərdəbil şəhərində milli fəallar məktəblərin açılışı münasibəti ilə küçələrdə şagirdlərə türk dilində minlərlə kitab hədiyyə ediblər.

Sosial şəbəkələrdə paylaşılan görüntülü xəbərlərə istinadən, türk dil haqları müdafiəçiləri dərs ilinin ilk günündə məktəblərin yaxınlığında türkcə uşaq kitabları paylayıblar.

“Hər türk uşağına türkcə bir kitab” kampaniyası bir neçə ildir Ərdəbil və İran Azərbaycanının digər bögələrində ənənə halını alıb.

Daha əvvəl Dünya Ana Dili Günü və Azərbaycan Milli Hökumətinin ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində oxşar kampaniyalar təşkil olunub.

Keçən illərdə türk fəalların təsis etdiyi “Kəndimiz Vəqfi” hər ay bir kəndə türk dilində yüzlərlə kitab hədiyyə edirdi. Hədiyyə edilən bəzi kitabların müəllifləri tərəfindən bağışlandığı bildirilir.

Qısa ömürlü Azərbaycan Milli Höküməti (1945-46) istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində ana dili tədris edilməmişdir.

İslam Respublikası dövründə rəsmilər dəfələrlə türk dilinin məktəblərdə tədrisi ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin bu, əməldə heç zaman həyata keçirilməyib.


Ərdəbildə "hər uşağa türkcə bir kitab" kampaniyası

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar